Meliton Kantariya (, ; ) — Sovet ordusunun gürcü əsilli çavuşu. Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə 1945-ci ilə Reystağa Sovet bayrağını sancmışdır.
Həyatı Gürcüstandakı kiçik qəsəbələrdən biri olan Cvaridə (hazırda şəhərdir), kəndli ailəsində anadan olmuşdur. 1940-cı ilə qədər kolxozda işləmişdir. Həmin il Qırmızı Ordunun sıralarına qatılmışdır. İkinci Dünya müharibəsi dövründə 1-ci Belarusiya cəbhəsinin 756-cı atıcı alayının 150-ci tüfəng diviziyasında xidmət etmişdir. 1945-ci il aprelin 30-da Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə Reystağa Sovet bayrağını sancmışdır.
Müharibədən sonra 1946-cı ildə ordudan tərxis olundu. Sonraki dövrdə Suxumidəki dövlət qurumlarından birinin direktoru vəzifəsində çalışdı. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü oldu. Oçamçira şəhərində yaşamağa başladı və daha sonra Gürcüstan SSR Ali Sovetinin deputatı oldu. 1965-ci ildə Qırmızı Meydandakı Moskva Qələbə Günü Paradında Yeqorov və Konstantin Samsonovla birlikdə zəfər pankartnı Meliton Kantariya da daşıyırdı.РИА Новости. Фотоархив. 9.5.1965 1992–1993-cü illərdə Abxaziyada başlayan müharibə zamanı Meliton Kantariyanın evi dağıldı. Bundan sonra Meliton Kantariya ailəsi ilə birlikdə Moskvaya köçdü. İki aydan sonra 1993-cü ilin dekabrında Moskva xəstəxanasında öldü. O, 1994-cü ilin yanvar ayının əvvəlində doğulduğu Cvaridə dəfn edildi.
2010-cu ildə Poklonnaya təpəsində Yeqorov və Kantariyaya həsr olunmuş abidənin açılışı baş tutdu. 2011-ci ildən etibarən dəfn olunduğu məktəb Meliton Kantariyanın adını daşıyır.
Ailəsi Meliton Kantariyanın atasının adı Varlam anasının adı isə Lidiyadır. Atası Varlam Kantariya Birinci Dünya müharibəsində iştirak etmiş və bir çox medallar ilə təltif edilmişdir. İkinci Dünya müharibəsi dövründə atası cəbhənin ərzaqla təmin edilməsində iştirak etmiş və "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, "Qafqazın müdafiəsinə görə" medalı kimi medallarla təltif edilmişdir.
Meliton Kantariyanın iki həyat yoldaşı olmuşdur. Həyat yoldaşlarından biri 1983-cü ildə, digəri isə 1984-cü ildə mədə xərçəngindən vəfat etmişdi. Onun Rezo və Şota adında iki oğlu və Çiala adında bir qızı olmuşdur. Qızı 1996-cı ildən Yunanıstanda yaşayır. Qohumlarının bir qismi Çalençix bölgəsində, digərləri isə Tiflis, Rusiya ve Yunanıstanda yaşayır.
Mükafatları Sovet İttifaqı Qəhrəmanı "Lenin" ordeni "Qırmızı Bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni Digər yubiley və yürüş medalları
İstinadlar
Xarici keçidlər Zəfər Afişası haqqında daha ətraflı məlumat: http://www.crwflags.com Meliton Varlamoviç Kantaria
Ədəbiyyat Исландия — Канцеляризмы [Электронный ресурс]. — 2008. — С. 748. — 768 с. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 12). — ISBN 978-5-85270-343-9. Неустроев С. А. Русский солдат: путь к рейхстагу. Екатеринбург, 1996. Сгибнев А. А. Человек из легенды. М., 1966. Цкитишвили К. В., Чинчилакашвили Т. Г. Герои Советского Союза из Грузии. Тб., 1981;
Məqalələr Егоров М. А, Кантария М. В. Знамя Победы. — М. : Воениздат, 1975. Егоров М. А., Кантария М. В. Знамя Победы. Бой первый – бой последний / лит. запись Б. Данюшевского. — М. : Молодая Гвардия, 1975. — 111 с., 16 л. ил. — ББК Т3(2)622.5. Купарев А. С., Гончаров Г. А. Знаменосцы Победы. История легенды. — Киров: ООО "Кировская областная типография", 2017. — 320 с. — 1000 экз. — ISBN 978-5-498-00480-8.
Kateqoriya:1920-ci ildə doğulanlar Kateqoriya:1993-cü ildə vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VI çağırış deputatları