Ruhi Çenet () — türk youtuber və aktyor.https://www.ajansspor.com/amp/haber/ruhi-cenet-kimdir-354456
Həyatı və karyerası Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var.
Maraqlı videoları
Ruhi Çenet Çində 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir.https://www.milliyet.com.tr/ruhi-cenet-cin-e-gitti-dogruluk-mu-cesaret-mi--molatik-14100/
Ruhi Çenet Ermənistanda Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib. Suallar əsasən Qarabağ və Xocalı soyqırımı ilə bağlı olmuşdur. Ruhi Çenet burada Ermənilər tərəfindən çoxlu təzyiqlərə məruz qalıb, hətta video çəkilişi zamanı onum türkcə danışdığını eşidən polislər dəfələrlə onu sorğu-suala çəkib.
Ruhi Çenet Azərbaycanda Ruhi Çenet Azərbaycanın-Ermənistan münaqişəsi ilə bağlı video hazırlamaq üçün 22 oktyabr 2020 tarixində Azərbaycana gəlir. Ruhi Çenet ballistik raket hücumuna məruz qalmış Gəncə şəhərində olur, hücumdan zərər çəkmiş ailələrlə görüşür, Ermənistanın mülki əhalini neçə atəşə tutmasının şahidi olur və bu barədə videoreportaj hazırlayaraq YouTube kanalında paylaşır.
Ruhi Çenet daha sonra isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuş Talış kəndində olur. O burada Erməni əsgərlərinin atıb getdiyi mövqeləri, silahları çəkir və burada da videoreportaj hazırlayaraq YouTube kanalında yayımlayır.https://oxu.az/war/435937
Filmoqrafiya Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018) Enes Batur: Real Qəhrəman (film, 2019)
Mükafatlar YouTube Mükafat Mərasimi – Silver Play Button (2018)
30px – 201330px – 2016
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:YouTuberlər Kateqoriya:Əlifba sırasına görə yutuberlər Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar