Afyon Böyüktəpə Universiteti () — 1974-cü ildə Türkiyənin Anadolu Universitetinin nəzdində qurulan və 1992-ci ildən Afyonqarahisarda müstəqil dövlət universiteti kimi fəaliyyətə göstərən ali təhsil qurumu.
2012-ci ilin yanvar ayı etibarilə universitetdə 61 professor, 128 dosent, 259 köməkçi dosent, 255 müəllim, 56 mühazirəçi, 294 tədqiqatçı, 25 mütəxəssis və 1 təhsil planlaşdırıcısı olmaqla ümumilikdə 1078 akademikdən ibarət elmi-pedoqoji heyəti mövcuddur. İdarə heyətinin sayı 846 nəfər, tələbələrin ümumi sayı isə 33 min nəfərdir. Afyonqarahisar Tibb Elmləri Universitetinin qurulması nəticəsində Afyon Böyüktəpə Universitetində olan səhiyyəyə dair fakültələr ATEU-ya verildi.
Kampusları Əhməd Necdət Sezər kampusu; Əhməd Qarahisari ilahiyyat kampusu; Sandıklı Yunis Əmrə kampusu; Bolvadin Qırxgöz kampusu.
Universitetin rektorları Prof. Dr. Şahabətdin İgidbaşı (Qurucu Rektor, 1992–1997); Prof. Dr. Şan Özalp (1997–2003); Prof. Dr. Halim Sözbilir (2003–2007); Prof. Dr. Ali Altuntaş (2007–2011); Prof. Dr. Mustafa Solak (2011-2019); Prof. Dr. Mehmed Qaraqaş (2019-)
Akademik bölmələr
Fakültələr Təhsil fakültəsi; Elm və ədəbiyyat fakültəsi; Təsviri sənət fakültəsi; İqtisadiyyat və İdarəetmə fakültəsi Mühəndislik fakültəsi; Texnologiya fakültəsi; Turizm fakültəsi; Baytarlıq fakültəsi; Hüquq fakültəsi; İslam elmləri fakültəsi; İdman elmləri fakültəsi; Texniki təhsil fakültəsi.
İnstitutlar Elm İnstitutu; İctimai Elmlər İnstitutu; Tibb Elmləri İnstitutu.
Universitetlər (lisey) Sandıqlı Tətbiqi Elmlər liseyi; Dinar Tətbiqi Elmlər liseyi; Xarici Dillər liseyi; Bolvadin Tətbiqi Elmlər liseyi; Dövlət Konservatoriyası.
Peşə liseyləri Afyon peşə liseyi; Başmaqçı; Bayat; Bolvadin; Çay; Dazkırı; Dinar; Əmirdağ; İscehisar; Sandıqlı; Sənanpaşa; Sultandağı; Suhut; Distant təhsil
Şəhərcik quruluşu Mədəniyyət və idman fəaliyyətləri; Tibb xidməti; Yataqxanalar; Konfrans və iclas otaqları; Sosial obyektlər; Qidalanma; Nəqliyyat; Tələbə klubları; Tələbə Şurası.
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Anadolu Universiteti Kateqoriya:1992-ci ildə yarananlar