Mett Stiven LeBlan (; ) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır.
Həyatı Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi.https://people.com/archive/cover-story-way-to-go-joey-vol-59-no-19/ People. 19 may, 2003http://www.italoamericano.org/story/2015-10-16/mattleblanc Italo-Americano. 16 oktyabr, 2015https://www.telegraph.co.uk/culture/tvandradio/10833366/Matt-LeBlanc-I-have-an-ego-but-I-try-to-leave-it-at-the-door.html The Daily Telegraph. 17 may, 2014 tarixində dərc olunub. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı.https://www.thetimes.co.uk/article/matt-leblanc-i-was-getting-divorced-work-wasnt-a-priority-it-was-a-rough-time-cmql82nl8 The Times. 20 mart, 2018 tarixində dərc olunub.
Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.http://www.people.com/people/archive/article/0,,20157263,00.html People. 17 aprel, 2006 tarixində dərc olunub. 2004-cü ildə onların bir qızı dünyaya gəldi. 2006-cı ildə isə cütlük ayrıldı.http://www.people.com/people/article/0,,1180477,00.html People. 6 aprel, 2006 tarixində dərc olunub.
Karyerası Mett ilk dəfə 1987-ci ildə "Heinz" şirkətinin reklam çarxında rol aldı. Sonradan bir neçə televiziya seriallarında kiçik və qonaq rollar aldı. Mett Dostlar serialında ağıldan kəm, amma sevimli rol olan Coyi Tribiani roluyla müvəffəqiyyət qazandı. Bu obrazı 10 il Dostlar serialında və 2 il Joey serialında olmaqla, 12 il davam etdi. Bu müddət ərzində o, həmçinin İtaliyalı axtarılır (1994), Ed (1996), Fəzada itkin (1998), Çarlinin mələkləri (2000) və onun davamı olan Çarlinin Mələkləri: Tam qaz gücü (2003) filmlərində rol aldı.
Joey serialının ləğvindən sonra Mett aktyorluğuna 5 il fasilə verəcəyini bildirdi. 2011-ci ildən etibarən Epizodlar serialında özünün bədii obrazını canlandırmağa başladı.https://www.hollywoodreporter.com/video/matt-leblanc-life-friends-taking-712923 The Hollywood Reporter. 27 iyun, 2014 tarixində dərc olunub.http://www.accesshollywood.com/matt-leblanc-pokes-fun-at-the-world-of-tv-friends-and-himself-on-showtimes-episodes_article_41726 Access Hollywood. 4 yanvar, 2011 tarixində dərc olunub. 2012-ci ildə keçirilən 69-cu Qızıl Kürə Mükafatlarında Mett televiziya serialında, musiqili və ya komediyada "Ən yaxşı aktyor" nominasiyasında Qızıl Kürə mükafatı qazandı və əlavə olaraq 4 Emmi mükafatına namizəd oldu.https://web.archive.org/web/20100108115828/http://www.goldenglobes.org/nominations/ Golden Globes. Mett 2016-cı ildə yayımlanmağa başlayan CBS sitkomu Planlı adam serialında baş rolu ifa etməyə başladı və serial 2020-ci ildə ləğv edildi.https://deadline.com/2016/06/cbs-fall-premiere-dates-2016-1201776569/ Deadline Hollywood. 21 iyun, 2016 tarixində dərc olunub.
İstinadlar
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:25 iyulda doğulanlar Kateqoriya:1967-ci ildə doğulanlar Kateqoriya:Massaçusetsdə doğulanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları