Abayları və ya Abayevlər — balkar əsilzadə soyu.
Tarixi Abayevlər soyu rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur.
İlk əvvəl Abayevlər Çerek çayının yuxarı axarında yerləşən Künlüm kəndində yaşayırdılar. Sonradan nəslin digər qolları Çerek dərəsinin müxtəlif kəndlərinə, İşkantı, Xıznı-El, Abayevskiy, Kaşxatau kəndlərində məskunlaşdılar.. 1917-ci il inqilabına qədər Abayevlər Çerek dərəsindəki geniş torpaqların sahibləri idilər. Sovet işğalından sonra soyun nümayəndələri təqiblərə və repressiyalara məruz qaldılar. Nəticədə soyun bir çox nümayəndəsi ölkə xaricinə imiqrasiya etdilər.
Genealogiya Araşdırmalara əsasən Abayevlər soyu digər balkar soyları Bəyovlar, Zaniyukovlar, Kuçukovlar eləcə də diqor bəylərindən olan Karajayevlər kimi Q1a haploqrupunun daşıyıcılarıdırlar.
Tanınmış nümayəndələri Hənifə Aslanbek qızı Abayeva (1853–1929) — Həsən bəy Zərdabinin həyat yoldaşı, ictimai xadim. Misost Kuçuk oğlu Abayev (1857–1928) — rus və sovet publisisti, etnoqraf. Sultanbek Aslanbek oğlu Abayev (1845–1888) — ilk professional balkar musiqiçisi, skripkaçı, maarifçi, ictimai xadim.
Həmçinin bax Urusbiyevlər
İstinadlar
Kateqoriya:Qaraçay-balkar soyları