Yuzef Davidoviç Çarski-Tanxelson () — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940).

Həyatı Yuzef Çarski (əsl soyadı Tanxelson) -ci ildə Tiflisdə anadan olmuşdur. 1914-cü ildən Tiflis teatr məktəbində təhsil almış, səhnə fəaliyyətinə burada başlamışdır. Müxtəlif illərdə Batumi, Rostov-na-Donu, Krasnodar, Odessa, Moskva teatrlarında işləmişdir. 1928–1948-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.

Yuzef Çarski 1940-cı ildən Sov.İKP üzvü olmuşdur. O, 16 noyabr 1948-ci ildə Bakıda vəfat edib.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940

İfa etdiyi əsas rollar Çarskinin ifası yumoru və lirizmi ilə fərqlənmişdir. Onun ifa etdiyi əsas rollar: Rol Tamaşa Müəllif Şapur Fərhad və Şirin Səməd Vurğun Təlxək Vaqif Səməd Vurğun Altunbay Od gəlini Cəfər Cabbarlı İmamverdi 1905-ci ildə Cəfər Cabbarlı Nəcəf Şərqin səhəri Ənvər Məmmədxanlı Saatsaz Kreml saatı Nikolay Poqodin Ser Endrü On ikinci gecə Uilyam Şekspir Şvandiya Lyubov Yarovaya Konstantin Trenyov Karandışev Cehizsiz qız Aleksandr Ostrovski Kulıgin Üç bacı Anton Çexov Truffaldino İki ağanın bir nökəri Karlo Qoldoni Bublik Platon Kreçet Aleksandr Korneyçuk Senya Perçatkin Özgə uşağı Vasili Şkvarkin Kosme Gözəgörünməz xanım Pedro Kalderon Ştuf Skutarevski Leonid Leonov

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycan teatr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri