Tehran Cavid oğlu Mənsimov () — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Birinci Qarabağ müharibəsi iştirakçısı, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və İkinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində ləzgi ailəsində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılıb, Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edib. 40-a yaxın millətin nümayəndəsinin xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olub. Bu qoşun növündə əlbəyaxa döyüş fəndlərini bilmək vacib imiş. Əlbəyaxa döyüş üzrə Düşənbədə təşkil olunan hərbi dairə birinciliyində altı ayın əsgəri olsa da, bütün rəqiblərinə qalib gələrək finala çıxıb, finalda isə erməni rəqibini məğlub edib. Bu uğuruna görə hərbi hissənin rəhbərliyi tərəfindən mükafatlandırılıb və Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilib. Burada da fiziki hazırlığına və bilik səviyyəsinə görə fərqlənir. Məktəbdə təhsil alan 347 nəfərdən buranı bitərərkən yalnız ona və başqa bir əsgərə serjant rütbəsi verilir, qalanları isə kiçik serjant olur. 1992–2011-ci illərdə cəbhə xəttində taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə qədər xidmət yolu keçib. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almış, oranı birinciliklə bitirimişdir. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub. Göstərdiyi şücaətlər bir sıra medallara layiq görülüb. 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris-təhsil İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir. 25 iyun 2021-ci ildən indiyədək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Tehran Mənsimov 1993-cü ildən taqım komandiri, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, kəşfiyyat hərbi hissəsinin komandiri, briqada komandirinin müavini, briqadanın qərargah rəisi, briqadanın komandiri vəzifələrində xidmət edir.
Cəmi 23 yaşında tabor komandiri vəzifəsinə təyinat alır, 4 briqadanın komandiri olur. Taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə kimi xidmət etdiyi dövrdə Füzuli, Beyləqan, Ağdam, Xocavənd rayonlarının hər bir məntəqəsini, keçidini, az qala cığırını əzbər öyrənir. Atəşkəs dövründə cəbhə xəttində bir çox əməliyyatlar keçirərək düşmənə ağır zərbələr vurur, çoxsaylı itkilərə məruz qoyur.
Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır. Mənsimovun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 16 mart 2020-ci il tarixində yaradılıb.
Hərbi xidməti Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlamışdır. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişdir.
Atəşkəs dövründə cəbhə xəttində bir çox əməliyyatlar keçirərək düşmənə ağır zərbələr vurur, çoxsaylı itkilərə məruz qoyur. Bütün bunlar hamısı hərbi hissədə yayılaraq əsgərlər arasında ruh yüksəkliyini daha da artırırdı. 2011-ci ildə hərbi təlimlər zamanı göstərdiyi yüksək hərbi döyüş hazırlığı potensialı müsbət qiymətləndirilir və hərbi təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına göndərilməsi təklifi səslənir. İmtahanlarda ən yüksək nəticəni göstərərək akademiyaya qəbul olunur. Bundan sonra ikiillik akademik hərbi təhsil müddəti başlayır. 2012-ci ildə Türkiyədə NATO üzvü olan dövlətlərin ordu qərargahları arasında qərar qəbuletmə prosesi ilə bağlı keçirilən yarışda Azərbaycan Ordusunun hərbçilərinə Tehran Mənsimov rəhbərlik edir. 2013-cü ildə imtahanlarda ən yüksək nəticəni göstərərək akademiyanı birinciliklə bitirən Tehran Mənsimovun həyatının Naxçıvan dövrü başlayır.
I və II Qarabağ savaşının iştirakçısı Polkovnik Tehran Mənsimov. "Azərbaycan Bayrağı" ordeni və "İgidliyə görə" medalı, "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə","Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı,"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı", II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə", "Azərbaycan Silahlı Qüvvələrin veteranı", "Şücaətə görə", "Vətən Müharibəsi iştirakçısı", medalları ilə təltif olunmuş, Şuşanın azadlığını təmin edən hərbi əməliyyat qruplaşmalarının rəhbəri olmuşdur.
Birinci Qarabağ Müharibəsi 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Milli Ordusunda xidmətə başlamışdır. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanmış və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kurs keçmiş, bir il sonra leytenant rütbəsi almışdır. 1992-ci ilin yanvarında 64 azərbaycanlı əsgər yoldaşı ilə Özbəkistandakı xidməti tərk edərək, I Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1991-ci ilin dekabrın son günlərində hərbi dairə üzrə xidmət edən azərbaycanlıları bir yerə yığaraq, Azərbaycana getmək istəyənə icazə verdiklərini deyirlər. 1992-ci ilin yanvar ayının ilk günlərində hərbi dairə üzrə 64 azərbaycanlı Tehran Mənsimovun rəhbərliyi ilə bilet alaraq Türkmənistana, oradan da bərə ilə Bakıya gəlirlər. Onların bir qismi evlərinə getmiş, digərləri isə Biləcəridə hərbi komissarlığa müraciət edərək, Qarabağda könüllü döyüşmək üçün orduya yazılmışdır. Tehran Mənsimov da həmçinin bu qrupda idi. Biləcəridə hərbi nümayəndələr Laçına göndərilmək üçün tabor hazırlandığını xəbər edirlər. Tehran Mənsimov hərbi komissarlığın təlimatı ilə döyüş hazırlığını təkmilləşdirmək üçün, Üçtəpədə yeni yaranan "N" saylı hərbi hissəyə gəlir. Tehran Mənsimovun hazırlığı, hərbi biliklərini yoxlandıqdan sonra taqım komandiri təyin edilir. Növbəti gün təcili döyüş əmri verilərək, hərbi hissə Füzuliyə dislokasiya olunur. 1992-ci ildə təqdimatla Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə kəşfiyyat ixtisası üzrə oxumağa göndərilir. Orduda kadr, zabit çatışmazlığına və şiddətli döyüşlərin getdiyinə görə çox qısa kurs keçməli, sonda isə kiçik leytenant rütbəsi alaraq xidmətə başlamalı idilər. 1993-cü ilin mart ayında təhsilini başa vurur və 354 nəfərin içində yalnız Tehran Mənsimov, leytenant rütbəsi alaraq, taqım komandiri təyin olunur.
Əməliyyatlar Tehran Mənsimov 1994-cü ildə keçirilən Horadiz əməliyyatının iştirakçısı olub. 2011-ci ildə hərbi təlimlər zamanı göstərdiyi yüksək hərbi döyüş hazırlığı potensialı müsbət qiymətləndirilir və hərbi təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına göndərilməsi təklif edilir. İmtahanlarda ən yüksək nəticəni göstərərək akademiyaya qəbul olunur. Bundan sonra 2 illik akademik hərbi təhsil müddəti başlayır.
2012-ci ildə Türkiyədə NATO üzvü olan dövlətlərin ordu qərargahları arasında qərar qəbuletmə prosesi ilə bağlı keçirilən yarışda Azərbaycan Ordusunun hərbçilərinə Tehran Mənsimov rəhbərlik edir.
2013-cü ildə imtahanlarda ən yüksək nəticəni göstərərək akademiyanı birinciliklə bitirən Tehran Mənsimovun həyatının Naxçıvan dövrü başlayır. O zaman fəaliyyət göstərən, beşinci ordu korpusunun "N" saylı dağatıcı briqadasının komandiri kimi dövlət sərhədinin 96 km-lik hissəsində müdafiə tapşırığını yerinə yetirir. İrəvandan gələn yollar, o cümlədən Laçın dəhlizi briqadanın müşahidəsi altında idi. Cəbhə xəttindən fərqli olaraq Naxçıvan istiqamətində atəşkəsin pozulması nadir hallarda olurdu və Azərbaycan Ordusu dərhal düşmənin cavabını verirdi.
2015-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri nəzarətsiz iki yüksəkliyi ələ keçirməyə cəhd edirlər. Əgər o yüksəklikləri tutsaydılar, sərhəd bölgəsində strateji üstünlük əldə edər, bizim təminat yollarını nəzarətə götürər və atəş altında saxlayardılar. Bunun da nəticəsində nə vaxtsa hərbi əməliyyatlar baş versəydi, Azərbaycan hərbi bölmələrinin fəaliyyəti iflic ola bilərdi. Tehran Mənsimov peşəkar hərbçi fəhmi ilə anlayırdı ki, ermənilər bu yüksəklikləri ələ keçirmək istəyəcəklər. Ona görə briqadanın müvafiq bölmələrinə müdafiəni gücləndirmələri barədə tapşırıqlar verir. Elə bu ərəfədə qərargah rəisi məruzə edərək bildirir ki, təxminən 70 nəfərdən ibarət erməni yüksəkliyə tərəf irəliləyir. Həmin gün Bakıda Avropa Oyunlarının bağlanış mərasimi keçirilirdi. Polkovnik minaatanların və zenit qurğularının atəş mövqelərinə çıxarılması, düşmənin dərhal məhv edilməsi əmrini verir. Böyük risk idi, çünki o, yuxarı komandanlığa məruzə edənə qədər düşmən yüksəklikləri zəbt edə bilərdi. Təxminən 6 saata yaxın döyüş gedir və düşmən əvvəlki mövqelərinə qovularaq, həmin yüksəkliklərdə özümüz mövqe tuturuq. Döyüşdə ermənilərin bir zabiti və 4 əsgəri məhv edilir. Naxçıvanda Ermənistanla dövlət sərhədində Kərətəpə adlanan yüksəklikdə posta çatmaq üçün 574 pillə çıxmaq lazım idi. Əsgərlərin bütün tədarükü, sursatlar həmin narahat pilləkən vasitəsilə həyata keçirilirdi və olduqca böyük çətinliklər yaradırdı. Posta yolu isə yalnız Ermənistanla dövlət sərhədi istiqamətində çəkmək mümkün idi. Həmin vaxt müdafiə mövqelərini daha da möhkəmləndirmək üçün hərbi hissəyə xüsusi texnikalar verilmişdi. 2017-ci ildə Tehran Mənsimov qərar qəbul edir ki, təminat və təxliyə məqsədilə mütləq posta yol çəkmək lazımdır. Çünki düşmən birdən ora hücum etsəydi, vaxtında kömək edilə bilməzdi. Yol çəkilməyə başlanan vaxt ermənilər ekskavatoru vururlar. Polkovnik ani qərar verir: düşmən postu darmadağın edilməlidir. Şəxsən zenit qurğusunun arxasında oturaraq düşmənin pilotsuz uçuş aparatını vurmaq adı altında erməni postunu 135 mərmi ilə darmadağın edir. Vəziyyət barədə məruzə edən, döyüşün səbəbləri, nəticələri haqda məlumat verən Tehran Mənsimovun vaxtında verdiyi döyüş qərarı təqdir edilir, yüksək qiymətləndirilir. Ramazan ayı olduğu üçün yüksəkliklərdəki mövqelərə Ramazan postu adı verilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən "Vətən uğrunda" medalını Tehran Mənsimova təqdim edir. 2018-ci ilin may ayında polkovnik T. Mənsimovun hərbçi bioqrafiyasına növbəti şərəf səhifəsi yazılır. Əlahiddə Ümumqoşun Ordu tərəfindən keçirilən Günnüt əməliyyatı Aprel zəfərindən sonra ordumuzun yeni uğuru oldu. 2018-ci ilin avqustunda Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsi yaradılır və Tehran Mənsimov bura rəis təyin edilir. Daha sonra xüsusi təyinatlı qrupla Qarsda 28 ölkənin hərbçilərinin qatıldığı qış hərbi təlimlərində iştirak edir. Təlimi yenə də birinci yerdə başa vurur, bu münasibətlə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar tərəfindən hədiyyə və sertifikat alır. Mənfi 33 dərəcə şaxtada paraşütlə hoppanmaq kimi hərəkətləri yalnız Azərbaycan hərbçiləri yerinə yetirdilər. 2019-cu ilin yayında Türkiyə və Azərbaycan orduları arasında "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimdə də yüksək nəticələr göstərirlər. Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi kimi Naxçıvandakı bütün hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə olmasını xüsusi diqqət mərkəzində saxlayır. Tehran Mənsimovun əsas diqqət yetirdiyi məsələ həm də xüsusi təyinatlıların döyüş vərdişlərinin daha da təkmilləşdirilməsi idi. Bir çox kurslar keçir, təlimlərdə iştirak edir və kəşfiyyatçı olduğu üçün təcrübəsi də formalaşır. Gecə-gündüz döyüş atışlı təlimlər keçirir.
İkinci Qarabağ müharibəsində iştirakı