İmam Hacı Davud (; 1680, Dədəli - 1735, Rodos) — Osmanlı hakimiyyəti dövründə Şirvan XanıГербер И. Г. Описание стран и народов вдоль западного берега Каспийского моря // История, география и этнография Дагестана XVIII-ХIХ вв. Архивные материалы. М.: Изд. вост. лит-ры, 1958 — C.605], De-fakto Quba hakimi (1718-1726), Ləzgi hərbi kommandir, Qafqazın ilk imamı, Fəqih, Müdərris, Şair, Fətva müəllifi, Carın hökmdarı və 18-ci əsrdə ləzgilərin və digər Dağıstan xalqlarının dini və milli hərəkatına başçılıq etmiş dini xadim.

Həyatı Hacı Davud 1680-ci ildə Dədəli kəndində doğulubСборник сведений о Кавказе / Под ред. Н. Зейдлица. — Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1879. — Т. 5.. Bəzi mənbələr isə onun Dağıstanın Jaba kəndində doğulduğunu deyir. Uşaqlığından o ağlı və cəsarəti ilə seçilirdi. Artıq 1710-1720-ci illərin mənbələrində o, “bək və ləzgi sahib” kimi qeyd olunur. Hacı Davud Dədəli kəndində geniş torpaqlara sahib idi və təsərrüfatda əkinçilik və təsərrüfat heyvanları yetişdirməklə məşğul idi. Ləzgilər arasında bu torpaqlar indi də Davud torpağı adlanır. O, doğma dili ləzgi dilindən əlavə ləzgilər arasında böyük hörmətə malik olan ərəb dilini, bunlardan əlavə olaraq fars və türk dillərinidə bilirdi. Məkkəyə həcc ziyarətindən sonra Hacı rütbəsi almış, daha sonra Ləzgistan və Şirvan kimi bölgələrdə imamlıq etmişdir. Rus zabiti olan İ.Q.Qerber öz əsərində onun haqqında belə yazır:

İlk üsyan 18-ci əsrin əvvəllərində Səfəvilər tənəzzül dövrünü yaşayırdı. Dövlət xəzinəsi boşaldığına görə şah hakimiyyəti vergilərin miqdarını qaldırmışdı. Bundan əlavə olaraq Qafqazda dövlət adamlarının özbaşınalığı artmışdı. Xalq artıq buna üsyan edirdi. Bunun üzərinə Qızılbaş-Şiələrlə sünnilər arasında qarşıdurma başlayır. 18-ci əsrin əvvəllərində Şirvanda olmuş yezuit Con Baptist Laman yazırdı:

Bu dövrdə sünnilərin ruhani lideri olan Hacı Davud dağılmış üsyançı dəstələrini bir orduda birləşdirə bildi. Hacı Davud müttəfiqlər axtarmaq üçün Dağıstana getdi və burada bəzi Dağıstan feodallarını, xüsusən də Saxurlu Əli-Sultanı, Kaytaqlı Əhməd xanı, Qazikumuxlu Surxay xanı öz yanına çəkə bildi.

1711-ci ildə Hacı Davud Quba xanlığının Şabran və Xudat kimi iri Şirvan şəhərlərini ələ keçirdi. Şiə olan Quba xanı Sultan Əhməd Xan və onun bütün qohumları edam edildi. Sultan Əhməd xanın tərəfdarları yalnız onun kiçik oğlu Hüseyn Əli xanı xilas edə bildilər. Payızda Hacı Davud müttəfiq qoşunları ilə birləşərək Şamaxını mühasirəyə aldı, lakin güclü müqavimətlə qarşılaşaraq mühasirəni götürməyə məcbur oldu.

1712-ci ilin yazında Hacı Davudun dəstələri yenidən Şamaxıya yaxınlaşdılar. Şamaxı bəylərbəyi və ordusu açıq döyüşdə üsyançıları məğlub etmək niyyətində idi. Şəhər yaxınlığında gedən şiddətli döyüş zamanı bəylərbəyliyin qoşunları məğlubiyyətə uğradı: ordunun bir hissəsi düz döyüş meydanında məhv edildi, digəri isə qaçdı, bəylərbəyin özü öldürüldü. Üsyançılar geri çəkilənləri təqib edərək şəhərə soxuldular.

Şamaxının alınması 1712-ci ildə I Pyotrun manifestində belə dərc edilmişdir: V.V.Struve qeyd etmişdir ki, Surxay xan və Hacı Davud Osmanlı Türkiyəsinin aşkar agentləri olmuşlar.

Həbs olunması və ikinci üsyan Səfəvi hakimiyyəti də öz növbəsində getdikcə alovlanan üsyanı yatırmaq üçün tədbirlər görürdü. 1719-cu ilin sonunda Hacı Davud tutularaq Dərbənd həbsxanasına salındı, lakin o, tezliklə oradan qaça bildi. Səfəvilərə qarşı mübarizənin ilk illərinin təcrübəsi ona əldə edilən uğurları tənqidi qiymətləndirməyi və hərbi əməliyyatları diqqətlə hazırlamağı öyrətdi. Hacı Davud Dərbənd həbsxanasından qaçdıqdan sonra yenidən üsyanın başına keçdi. Hacı Davudun Səfəvilərə qarşı apardığı təbliğat öz təsirini göstərdi. Ağsaqqalların rəhbərliyi ilə Kürə, Tabasaran, Samur vadisi, Saxur, Car-Balakən, Şəki, Bərdə və bir sıra başqa yerlərdən dəstələr gəldi. Bəzi Şirvan feodalları da anti-səfəvi hərəkatına, xüsusən də qohumları şahın əmri ilə edam edilən Qutkaşen sultanı İbrahimdə cəlb edildi.

1720-ci ilin iyununda Hacı Davudun ordusu Şabranı mühasirəyə aldı. Şəhər mühasirəyə dözə bilmədi və alındı. İyulda Xudat tutuldu. Bu uğurlardan az sonra Qaytaqlı Əhməd xan və Qazıqumuxlu I Surxay xan öz qoşunları ilə Hacı Davudun yanına gəldilər. Avqustda onların birləşmiş ordusu üçüncü dəfə Şamaxını mühasirəyə aldı, lakin onu ala bilmədilər. Lakin Şamaxı Davud bəy tərəfindən talan edildi.

1720-ci ilin sonunda Səfəvilərə qarşı üsyan şərqi Qafqazın böyük hissəsini təşkil edirdi. Fars və qızılbaş orduları demək olar ki Şamaxıda, Bakıda və Dərbənddə kilidlənmişdilər. Bölgədə Səfəvilərin hakimiyyətləti zəiflədikcə üsyançılar güclənirdi. Beləki, əvvəlki üsyandan fərqli olaraq üsyançılar yalnız şah torpaqlarına hücum etmirdilər. Artıq qazandıqları torpaqları mühafizə edirdilər.

1721 ci ildə Hacı Davudun Həştərxan Qubernatoru A.P.Volınskiyə yazdığı məktubda ondan rus tacirlərinə xam ipək müqabilində onun mülklərinə qurğuşun və dəmir gətirməsinə icazə verməyi xahiş etdi. Cavab olaraq məktubunda Volınski Hacı Davuda Rusiya vətəndaşlığını qəbul etmək istəyini soruşdu, sonra I Pyotra yazdı:

Rus Çarlığı Dərbəndin böyük ticarət yolunun üzərindən keçdiyi üçün və onlar Hacı Davuda güvənmədikləri üçün təklifi qəbul etmədilər.

1721-ci il avqustun 10-da Hacı Davud müttəfiqləri ilə birlikdə Səfəvilərin Şirvanda əsas qalası olan Şamaxını yenidən mühasirəyə aldı. Avqustun 25-də şəhər ilə tutuldu. Əsir düşən Şirvan bəylərbəyi Həsənəli xan edam edildi. Şəhərin bütün şiə əhalisi qılıncdan keçirildi. Lakin üsyançılar ermənilərə, yəhudilərə və əcnəbilərə toxunmadılar. Bunu Alban Katolikosu Yesai Həsən-Cəlalyan və ingilis səyyahı Conas Hanveyin əsərləri təsdiqləyir. Lakin Rusiyanın Səfəvidəki səfiri S.Abramov və Rusiyanın Osmanlıdakı səfiri İ.İ.Neplyuyevin ifadəsinə görə, varlı şiələrə sığınacaq verdikləri və üsyançılara müqavimət göstərdiklərinə görə 300 rus taciri qarət edildi və öldürüldü.

Rus tacirlərinin qarət edilməsi ilə bağlı bir çox qeyri-müəyyənlik var: əksər ekspertlər bunun 1721-ci ildə baş verdiyinə inanırlar; lakin bəziləri, o cümlədən hadisələrin müasiri F.İ.Soimonov, XVIII əsr tarixçisi İ.İ.Qolikov, həmçinin XIX əsr tarixçiləri Abbasqulu ağa Bakıxanov və P.Q.Butkov belə hesab edirlər ki, 1712-ci ildə Şamaxının tutulması zamanı rus tacirləri qarət edildi. alt=Şah Sultan Hüseynin alman səyyah və rəssamı olan Korneli de Bruin tərəfindən çəkilmiş portreti:|left|thumb|240x240px|Şah Sultan HüseynHacı Davudun Şirvanı alması ilə bölgənin digər xanları təşvişə düşmüşdülər. Şirvandan sonra İmam Davudun onların üzərinə gəlməsindən çəkinən Çuxursəəd və Qarabağ bəylərbəyləri öz ordularını birləşdirib onun üzərinə yürümək qərarına gəldilər. Bunun haqqında Alban Katolikosu Yesai Həsən-Cəlalyan yazır:

1721-ci ilin payızında Hacı Davud Kürün keçidində İrəvan və Gəncə bəylərbəylərinin 30 minlik ordusunu məğlub etdi. Ordusunun böyük hissəsinin itirildiyini görən xanlar öz paytaxlarına qayıtdılar. Geri çəkilən ordunun bir hissəsi və Gəncə Xanı II Uğurlu xan Ziyadoğlu-Qacar Gəncə şəhərinə daxil oldu:

Bu qələbədən sonra Hacı Davud Qafqaz Albaniyasının qədim paytaxtı Bərdəni (Partav) aldı. Bu qələbədən sonra Hacı Davud Krım xanı vasitəsilə Osmanlı Sultanı III Əhməd ilə danışıqlara başladı.

Bu hadisədən sonra Rusiya imperatoru I Pyotr Rusiyanın Osmanlı imperiyasında səfiri olan Neplyuyevə yazaraq ondan Osmanlı sultanının Hacı Davudun təklifini qəbul etməsinin qarşısını almağını əmr etdi. I Pyotrun özünün kansler G.İ.Qolovkinə yazdığı məktubda Hacı Davudun osmanlılar tərəfindən dəstəklənməsinin qəbul olunmaz olduğunu deyir.

1722-ci il aprelin 21-də Rusiyanın İstanbuldakı səfiri Neplyuyev baş vəzir İbrahim paşanın yanına gələrək, üsyançı ləzgilərin Şamaxıda rus tacirlərinə hücum edərək onları xaraba qoyduğunu, bunun üçün rus çarının şahdan razılıq tələb etdiyini bildirdi. Böyük vəzir təsdiqlədi ki, həqiqətən də üsyançılar kömək üçün bizə üz tutdular. Lakin Rusiya səfirinin təqdim etdiyi arqumentlərə cavab olaraq onu əmin etdiki, Rus İmperatoru tam razı olmayana qədər biz onlara kömək etməyəcəyik.

1722-ci ilin yazında Hacı-Davud Gəncəni mühasirəyə aldı. Rusiyanın dəstəyindən bəhrələnən Kartli kralı VI Vaxtanq 40 minlik ordu ilə şəhərin köməyinə gəldi. Bunu bilən Hacı-Davud VI Vaxtanqın ordusu ilə vuruşmaqdan çəkindi və on ikinci gün Gəncənin mühasirəsini qaldırdı. Hacı Davud dövlətinin paytaxtı olmuş Şamaxıya doğru irəliləmək üçün şahdan dəfələrlə əmr almasına baxmayaraq VI Vaxtanq onu təqib etmədi.

1722-ci il mayın 30-da 17 günlük mühasirədən sonra Hacı Davud Ərdəbili alıb talan etdi. alt=III Əhməd|thumb|270x270px|III Əhməd Oktyabrda Hacı-Davud Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı ruslar tərəfindən işğal edilmiş Dərbəndi mühasirəyə aldı və onun ətrafındakı əraziləri talan etdi.

31 dekabr 1722-ci ildə Osmanlı Sultanı III Əhməd Hacı Davudu Osmanlı vətəndaşlığına qəbul etdi. Ona xan titulu və ali hökmdar kimi Şirvan, Şəki

. O Krım xanı hüququnu qazandı (İmperiya içində vassal). Hacı Davud, Bədrəddin Əli bəyin dediyinə görə, Carın zadəgan əhlini də idarə edirdi.

Eyni zamanda, Adil-Girey Tarkovskinin vasitəçiliyi ilə Şirvanda və Şəkidə hakimiyyətə iddialı olan Qazıqumuxlu I Surxay xan 1722-ci il dekabrın 12-də Rusiya ilə danışıqlara girdi və artıq 1723-cü ildə o, mülklərinə basqın edərək Hacı Davudla müharibəyə başladı.

1722-1723-cü illərin sonunda Hacı Davudun səyləri ilə yaradılmış dağlı feodal hökmdarlarının anti-Səfəvi koalisiyası praktiki olaraq dağıldı. Böyük feodal hökmdarlarından yalnız Əli Sultan Tsaxurski onu dəstəkləməkdə davam edirdi. Səfəvilərə qarşı koalisiyanın dağılması kontekstində Hacı Davud digər feodal hökmdarlarını da öz tərəfinə çəkməyə çalışır, bəzən hədə-qorxu və basqınlara əl atırdı. Xüsusilə, 1722 və 1723-cü illərdə rus qoşunlarına qarşı çıxmaqdan imtina etdikləri üçün Tabasaran Maisumunun mülkləri, o cümlədən sonuncuların iqamətgahı olan Xuçni kəndi dağıdıldı

.

Osmanlı məmuru Bədrəddin Əli bəyin bildirdiyinə görə, Hacı Davud Təbrizi ələ keçirmiş, lakin ərzaq ehtiyatı yetərli olmadığından geri çəkilmək məcburiyyətində qalmışdır. Belə ki, o, “Qaimə” əsərində yazır:

İstanbul Müqaviləsi və Xan kimi tanınması 1724-cü il iyunun 13-də İstanbulda (Konstantinopol) Cənubi Qafqazın Rusiya və Osmanlı imperiyaları arasında bölünməsi haqqında müqavilə imzalandı: Osmanlı İmperiyası Rusiyanın Xəzəryanı vilayətlərini Səfəvilər tərəfindən könüllü olaraq ona verilmiş kimi tanıdı; Rusiya Cənubi Qafqazın qalan hissəsini Osmanlı İmperiyası kimi tanıdı. Hacı Davud Krım xanının hüququnu, yəni Osmanlı İmperiyasının tərkibində vassal hökmdar hüququnu aldı. Ona sultanın xüsusi fərmanı, qoşa muncuqlu paşa rütbəsi (birinci dərəcəli), quyruqlu bayraq, 30 min çervon pul verildi.

Müqavilənin ikinci şərtinə görə, Şirvan xanın iqamətgahı Şamaxıya xüsusi xanlıq statusu verildi. Lakin Şamaxı xanı Osmanlı dövlətinə tabe olmaqdan imtina edərsə və ya şamaxılılar üsyana qalxarsa, Osmanlı ordusunun Şamaxıya daxil olmasına icazə verilirdi. Lakin Osmanlı ordusu Küru keçməzdən əvvəl bunu rus ordularının komandanlığına bildirməlidir.

Bundan sonra hər iki imperiya Davud Xanın yaratdığı dövləti tanıdı.

Amma Davud xan müqavilənin şərtləri ilə razılaşmırdı. Buna səbəb Rusiyanın işğal etdiyi Xəzəryanı sahələrin təsərrüfat üçün əlverişli yerlər olması idi. Böyük ticarət yolları da buralardan keçdiyi üçün Davud xan dövlətin iqtisadi cəhətdən geri qalacağını anlamışdı.

Şirvan Xanı kimi səlahiyyətləri Qazıqumuxlu Surxay xan müqaviləni tanımaqdan imtina etdi, ona görə Şirvan xanlığı Davud xana yox, məhz ona verilməli idi. Osmanlı dövləti başda bu istəklərə qulaq asmırdı. Amma sonradan Davud xanın müstəqil hərəkət etməsindən çəkinərək onu dövlətin başından aldı. Və Surxay xanı onun yerinə gətirdi. Davud xan bunu qəbul etmədi və Şirvan xanlığı vəzifəsini yerinə yetirməyə davam etdi.

1725-ci ildə Sarı Mustafa Paşanın komandanlığı ilə osmanlı ordusu Rusiya ilə ötən il bağlanmış müqavilənin şərtlərinə zidd olaraq Şirvana hərəkət etdi. Lakin Hacı-Davud onu Kür çayı yaxınlığında məğlub etdi.