Sakajia mağarası () — Gürcüstanın İmereti bölgəsinin Terjola bələdiyyəsindəki Qodoqani kəndindən 1,5 km şimal-şərqdə yerləşən karst mağarası. Mağara dəniz səviyyəsindən 204 metr yüksəklikdədir.Sakajia Karst Cave in Georgia Protected Planet Mağarada paleobotanik və paleozoy erasına aid mühüm arxeoloji abidələr aşkarlanmışdır.

Morfologiyası Mağaranın ümumi uzunluğu 35 metr, dərinliyi 20 metr, hündürlüyü 6 metr, eni isə 4 metrdir. Mağaranın şəraiti stalaktik tipli ənənəvi mağara çöküntülərinin formalaşması üçün əlverişli deyil. Mağara yüksəklikdə yerləşir və quru şəraitə malikdir.Sakazhia Cave Natural Monument — Terjola საკაჟიას მღვიმის ბუნების ძეგლი თერჯოლა საკაჟიას მღვიმე

Faunası Buradakı unikal şərait müxtəlif canlıların mağarada yaşamasını təmin edir. Həmin canlıların adları: Laemostenus, Mesogastrur, bu Achipteria, Aleurodamaeus, Metabelbella, Minunthozetes, Oribatella, Oribatula və Phauloppia.Barjadze, Sh., Arabuli, T., Mumladze, L., Maghradze, E., Asanidze, Z., Kutalia, T. Sakajia Cave Cave Biodiversity of Georgia, Open Access Database, 2019. Institute of Zoology at Ilia State University

Arxeoloji sahə Mağara 1914-cü ildə R. Şmidt və L. Kozlovski tərəfindən aşkar edilmişdir. Sakajia Zaqafqaziyada kəşf edilən İlk Paleolit dövrünə aid abidədir. Mağaraya tanınmış alim Virxov Rudolfun adı verilmişdir. 1936-cı ildə təşkil edilmiş yeni qazıntı işləri zamanı burada çoxsaylı arxeoloji və paleontoloji tapıntılar aşkar edilmişdir.Nioradze G., Stone Age Man in the Sacred Cave, Tbilisi, 1953 1973-ci il Q. Nyoradzenin rəhbərliyi ilə aparılmış qazıntılar zamanı 1,5 metr dərinlikdə müxtəlif muncuqlar, torba, bıçaq və oxşar əşyalar tapılmışdır.

Həmçinin burada mağara ayısı, kərgədan, at, nəcib maral, bizon, qafqaz qabanı, qaratoyuq və digər heyvanlara aid sümüklər aşkar edilmişdir. Mağarada kişi cinsinə aid neandertal insanın üst çənə sümüyü və dişlərinin hissələri tapılmışdır.Nioradze M., New Discoveries in the Sacred Cave, Bulletin of the Georgian SSR Academy of Sciences, 1974, Vol. 75, № 3 Nioradze M., Археологические работы в пещере Сакажия, Bulletin of the Georgian SSR Academy of Sciences, 1976, Vol. 84, No. 1

Üst Paleolit dövrünə aid tapıntılara kaci, plastin və obsidianlardan hazırlanan müxtəlif qazma alətləri, kəsici alətlər, çınqıl bıçaq və buna bənzər digər alətlər, habelə yuvarlaq sümük, ülgüc tipli sümük və buynuzlar da aiddir. Mağarada Mustye mədəniyyəti dövrünə aid olan Kro-maqnon insana aid kəllə sümüyünün qalıqları da aşkar edilmişdir.Gabunia L. K., Nioradze M. G., Vekua A. K., О мустьерском человеке из Сакажия (Западная Грузия), "Вопросы антропологии", 1978, p. 59 Eyni ərazidə avropa bizonu, maral, çöl donuzu, at, mağara ayısı, qonur ayı, mağara şiri, bəbir və digər heyvan sümükləri tapılmışdır.

Heyvanlara aid dişlərin və sümüklərin sayı on minə yaxındır. Bu tapıntılar Üst Paleolit dövrünə aiddir.

Sakajia mağarasında 1914-cü ildən etibarən əldə edilən tapıntılar Rusiya Antropologiya və Etnoqrafiya İnstitutunda və Gürcüstanın Simon Canaşia Muzeyində qorunur.Tintilozov, Tushabramishvili D., Georgian Soviet Encyclopedia vol 8, p. 669, Tbilisi, 1984

İstinadlar

Kateqoriya:Kateqoriya BTMİ III Kateqoriya:Gürcüstan mağaraları Kateqoriya:2011-ci ildə yaradılmış qoruq əraziləri