Qusar Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildən fəaliyyətə başlamışdır.

Muzeyin yaranması Muzeyi 1980-ci ildə Heydər Əliyevin "Rayonlarda muzeylər yaratmaq" haqqında Sərəncamına uyğun olaraq yaradılmışdır. Əhalinin və rayon ziyalılarının dəstəyi ilə eksponatlar toplanaraq rayon mədəniyyət evinin bir otağında fəaliyyətə başlamışdır. 1982-ci ildə təyinatı üzrə tikilmiş hal-hazırkı yerləşdiyi həmin bu binaya köçmüşdür.

Muzey eksponatları Qədim daş dövründən, müasir dövrümüzə kimi eksponatlar həm sərgidə, həm də iki fondda cəmləşmişdir. Muzey 1 foye və 4 zaldan ibarətdir. Ekspozisiya sahəsi 256 kv.m-dir. Ekspozisiyada təqdim olunan eksponatların sayı 638-dir. Bina 1 mərtəbəlidir. Muzeyin ümumi sahəsi 1652 kv.m-dir. Muzeyin əsas fondunda 3700 eksponat vardır, onlardan 630 eksponat ekspozisiyada nümayiş olunur. Ekspozisiya sahəsi 1 foye və 4 zaldan ibarətdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:1980-ci ildə yaradılmış muzeylər