Əli Erbaş (; ) — Türk akademik və Dəyanət İşləri Naziri.

12 kitabı, bir çox məqalə yazan eyni zamanda Türkiyədə və xaricdə simpozium ə konfranslat təşkil edən professor Əli Erbaş evlidir və 4 övladı var.

Həyat və fəaliyyəti 1961-ci il Kabadüz, Orduda anadan olan Əli Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip liseyini, 1984-cü ildə Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirmişdir. 1987-ci ildə Təfsir bölməsində "Qurandakı təkrarlanmalar" adlı tezislə magistr dərəcəsini, 1993-cü ildə isə "İlahi dinlərdə mələk inancı" tezisi ilə Dinlərin tarixi bölməsində doktorluq dərəcəsini tamamlamış, 1998-ci ildə dosent adını qazanmışdır. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışan Əli ERbaş burada işləyərkən 2004-cü ildə professor elmi adını almışdır. O, 2006 və 2011-ci illər arasında iki dəfə dekan vəzifəsində çalışmaqla yanaşı, eyni zamanda "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olan KADİP Mədəniyyətlərarası Dialoq Platformasının idarə heyətinin üzvü olmuşdur.

Dəyanət işləri üzrə rəhbər kimi 2011-ci ildə Din İşləri üzrə müəssisənin təhsil xidmətlərinin ümumi müdirliyi vəzifəsinə təyin edildi və 6 il bu vəzifədə çalışdı. 17 sentyabr 2017-ci ildə isə Din işləri üzrə müdir vəzifəsinə təyin edildi.

İstinadlar

Xarici keçidlər Əli Erbaşın rəsmi facebbok səhifəsi Ali Erbaşın rəsmi twitter səhifəsi

Kateqoriya:Türkiyə professorları Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Türkiyə universitetlərinin rektorları Kateqoriya:Türkiyə müsəlmanları