Muğam fəlsəfəsi — Könül Bünyadzadənin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi olaraq nəşr etdiyi kitab.Könül Bünyadzadə – Muğam fəlsəfəsi
Məzmun Kitabda Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə onunla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir.
Müasir dövrün ruhuna uyğun olaraq kitabda həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaına görə muğam Azərbaycanın “yumşaq gücüdür”.
Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.“Muğam Fəlsəfəsi” kitabı işıq üzü görüb
Kitabın strukturu MUĞAM–MİLLİ TƏFƏKKÜRÜN NADİR İNCİSI KİMİ MUĞAM–TƏFƏKKÜR TƏRZİ KİMİ MUĞAM VƏ TƏSƏVVÜF: PARALELLƏR VƏ ORTAQ NÖQTƏLƏR MUĞAM–DƏYƏRLƏRİN QORUYUCUSU MUĞAMIN MULTİKULTURAL MAHİYYƏTİ
Həmçinin bax
İstinadlar
Xarici keçidlər https://doi.org/10.33864/MTFZK.2019.57
Kateqoriya:2018-ci ilin kitabları