Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. Qarayev E. T. İrəvan xanlığı (1747-1828). Bakı, «Avropa» nəşriyyatı 2010, 342 səh.
7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir.
Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır.
Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur.
1918-1920
İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən:
-Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürürdü. Damlar yanır yanğın sönənə qədər inilti, sızıltı səsi kəsilmirdi.
Həmçinin bax İrəvan xanlığı
İstinadlar
Kateqoriya:İrəvan abidələri Kateqoriya:Ermənistan parkları