Zauerbraten— bir neçə gün sirkə və digər inqredientlərin olduğu qarışıqda saxlanılan mal ətindən hazırlanır. Müxtəlif regional növləri olan Zauerbraten alman mətbəxinin tanınmış milli yeməyidir.
Hazırlanması
İlkin olaraq çiy mal əti bir neçə gün sərin bir yerdə sirkə, su və ya çaxır, soğan, kartof, ədviyyatlar, dəfnə yarpağı, mixək, istiotdan ibarət qarışıq içərisində saxlanılmaqla marinə edilir. Daha sonra isə ət həmin qarışıqdan çıxarılaraq qızardılır. Qızardılarkən marinə etmək üçün istifadə edilən qatışıqdan ətin üzərinə əlavə edilir. Son olaraq ətə sous vurulur və salat, knödel və başqa qarnir ilə servis edilir.
Növləri Zauerbratenin Rayn, Baden, Şvab, Frank, Saksoniya, Drezden, Vestfallen və Turqau kimi müxtəlif məşhur növləri var. Zauerbraten kimi mal və at ətindən savayı bəzən donuz, dovşan və ya ovlanmış vəhşi heyan əti də servis edilir.
İstinadlar
Kateqoriya:Almaniya mətbəxi Kateqoriya:Milli xörəklər