Süleymanov Nazim Hacıbaba oğlu () — azərbaycanlı futbolçu, futbol məşqçisi.
Həyatı Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8–9 yaşlarından "Neftçi"nin Sumqayıtdakı akademiyasında futbola başlayan Nazim 17 yaşında "Neftçi İSM"in komandasında debüt edir. Əslən Lerik rayonunun Vistən kəndindəndir.
Futbol karyerası İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Avtomobilçi (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası Neftçi klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, Jemçujina-Soçi kimi klubların adı var.
Nazim Süleymanov 2023-cü ildə dərc olunmuş Rusiya tarixinin ən çox qol vuran legionerlərin yeni siyahısında 10-cu yeri tutub. Süleymanov artıq 23 ildir legioner-bombardirlərin siyahısında yerini saxlayıb. O, bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır. Süleymanov "Spartak" Vladiqafqaz/"Alaniya" və "Jemçujina" klublarında meydana çıxdığı 150 oyunda (1991–2000-ci illərdə) 50 qol vurub. Bu nəticə ilə o, hazırda 10-cu pilləni tutur.
Məşqçi karyerası Oyunçu karyerasının bitirən Nazim Süleymanov məqşçilik fəaliyyətinə start verir. Rusiya çempionatında yarışan Jemçujina-Soçi klubunun əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış Xəzər-Lənkəran klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan Bakı futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırmışdır.
2022-ci ilin sentyabrında o, "Ximki"nin gənclər komandasına başçılıq edib, 2023-cü ilin fevralından aprel ayına qədər "Ximki-M" İkinci Liqa komandasının baş məşqçisi olub, sonra "Ximki U19"a qayıdıb.
Maraqlı faktlar Nazim Süleymanov tək futbolda deyil, eyni zamanda güləşdə də uğur qazanıb. O, sərbəst güləş üzrə Mingəçevir çempionu titulunun sahibidir.
Barəsində 50 illik yubileyi ilə bağlı 16 aprel 2015-ci ildə Bakıda Varisin müəllifliyi ilə çap edilən "Bitməyən matç" kitabının təqdimat mərasimi keçirilmişdir.Nazim Süleymanovun "Bitməyən matç"ı — FOTO . apasport.az, 16.04.2015
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube İlkin Fikrətoğlu: İlk kapitan, ilk qol, yeganə çempion - VİDEOSÜJET
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK-nın baş məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:Sumqayıt PFK məşqçiləri Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular