Babək Mürsəl oğlu Ələkbərov () — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı (2023-cü ildən), Vətən Müharibəsi Qəhrəmanı (2020).
Həyatı Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır.
Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub.
Ailəlidir, 3 övladı var.
Hərbi xidməti Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
17 avqust 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “general-leytenant” ali hərbi rütbəsi verilmişdir.
İrsi və xatirəsi 2023-cü il martın 15-də İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Babək Ələkbərova həsr edilmişdir.
Həmçinin bax Vətən Müharibəsi "Vətən Müharibəsi Qəhrəmanı" medalı Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı
İstinadlar
Kateqoriya:"Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan sərhədçiləri Kateqoriya:2023 Xankəndi Zəfər Paradının iştirakçıları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları