İltizam Yusifov (; ) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.Azərbaycan Respublikasının Əməkdar mühəndisi.
Həyatı İltizam Yusifov 1 dekabr 1963-cü ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olmuşdur. Şəhərin 9 saylı orta məktəbini bitirmiş, daha sonra Moskva Energetika İnstitutunda ali təhsil almışdır.
Ailəsi Evlidir, iki övladı var. Bitərəfdir. Rus və ingilis dillərini bilir.
Əmək fəaliyyəti Ali təhsilini başa vurduqdan sonra, “milli kadr” kimi 1986-cı ildə Azərbaycana qayıdaraq Sumqayıt “Neftqazavtomat” Elm-İstehsalat Birliyinin Əli-Bayramlı şəhərindəki “Avtomatika və telemexanika” zavodunda (hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində) əmək fəaliyyətinə başlamışdır. 1986–2001-ci illərdə həmin müəssisədə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
2001–2009-cu illərdə “Şirvan OYL” birgə müəssisəsində mühəndis kimi fəaliyyətə başlayaraq sonradan müəssisənin bölgə direktoru vəzifəsinə qədər yüksəlmişdir.
2009–2020-ci illərdə Hasilatın Pay Bölgüsü (PSA — Production Sharing Agreement) sazişi çərçivəsində fəaliyyət göstərən “Şirvan Operating Company Ltd.” şirkətində vitse-prezident vəzifəsində çalışmışdır.
İltizam Yusifov texnika üzrə fəlsəfə doktorudur. 18 elmi məqalənin və 4 patentin müəllifidir.
Siyasi fəaliyyəti 2020-ci ildə keçirilmiş VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Şirvan şəhərindən deputat seçilmişdir. Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olmuşdur.
Eyni zamanda Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Serbiya, Türkiyə və Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərmişdir.
MDB Parlamentlərarası Assambleyasında, Avropa İttifaqı Şərq Tərəfdaşlığı (Avronest) Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, həmçinin Avropa İttifaqı–Azərbaycan Parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.
Tətlifləri Əməkdar mühəndis fəxri adı — 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar mühəndis " fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 fevral tarixli 4289 nömrəli sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mühəndisləri