Qaradağlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Qaradağlı kənd adı Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir.

XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır.

XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı.B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri. Bakı-2005

Tarixi Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Əhalisi

İqtisadiyyatı Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri