Kamil Əliş oğlu Şirinov () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Kamil Əliş oğlu Şirinov 1991-ci il, aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub.

2006-cı ildə Salyan rayonu Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbindən, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olub.

2009–2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 27 iyun 2013-cü il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 7 il xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı, xüsusi əməliyyat qrupunun komandiri vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəl və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəl medalları, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Sentyabrın 29-da Füzuli rayonu ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. 2 övladı var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar