Satakunta (; ) - Finlandiyanın vilayətidir. Bu vilayət Cənub-qərbi Finlandiya, Pirkanmaa, Cənubi Ostrobotniya və Ostrobotniya vilayəti ilə sərhəddədir. Mərkəzi Pori şəhəridir.
İnkişafı Finlandiyanın müstəqilliyindən sonra Satakunta ümumi Finlandiya modelini izlədi. Kənd yerləri 1990-cı illərin əvvəllərinə qədər gənc əhalinin daha çox məskunlaşılan Rauma, Haryavalta və Poriyə köçməsindən əziyyət çəkdi. Metal və meşə sənayesinin inkişafı Olkuluotoda atom elektrik stansiyasının tikilməsini zəruri etdi. Ancaq, sənayenin inkişafı özüylə birlikdə problemlər də gətirdi. Xüsusilə Haryavalta ətrafındakı ərazilər mis-nikkel əritmə zavodunun səbəb olduğu turşu yağışına məruz qalırdı və Kokemyaenyoki böyük ölçüdə çirklənmişdi. Bu problemlər 1980-cı illərdən bəzi nəzarətə götürülməyə başlandı.Lounais-Suomen metsäohjelma . P. 34. Retrieved 11-19-2007.Kokemäenjoen päästötasot romahtaneet . Waternet 1/2007. The magazine is a PR-publication of Finnish chemicals manufacturer, but the fact that the pollution levels of Kokemäenjoki have indeed gone down is correct. Retrieved 11-19-2007
1990-cı illərdən bəri bölgənin ənənəvi sənayeləri az-çox durğunlaşdı və şəhərlərinin nisbi əhəmiyyəti azaldı. Bu inkişafın qəbuledilən səbəblərindən biri də Satakuntanın özünə məxsus bir universitetin olmamasıdır.Satakunnan alueellinen tavoiteohjelma. Satakuntaliiton julkaisu A:219. Retrieved 11-19-2007.
Rayonlar Vilayət 3 rayon və 17 kommunadan ibarətdir. Qalın şriftlə göstərilən 7 kommunanın şəhər statusu var.
Şimali Satakunta rayonu: Honkayoki (1,836) Yaamiyaarvi (1,997) Kankaanpyaa (11,979) Karviya (2,555) Siykaynen (1,663)
Pori rayonu: Haryavalta (7,494) Huyttinen (10,618) Kokemyaki (7,923) Merikarvia (3,303) Nakkila (5,780) Pomarkku (2,412) Pori (85,427) Ulvila (13,531)
Rauma rayonu: Eura (12,406) Eurayoki (5,924) Rauma (39,870) Syakyulya (6,802)
Qalereya
İstinadlar
Xarici keçidlər
Regional Council of Satakunta website
Kateqoriya:Finlandiyanın vilayətləri