Corc Bleyk () anadan olanda George Blake () 1966-cı ildən Georgi İvanoviç Bexter () — Böyük Britaniyalı kəşfiyyatçı, MI6 zabiti, 1951-ci ildə şəxsi mülahizələri əsasında ikili agent kimi sovet kəşfiyyatçısı. 1961-ci ildə Sovet kəşfiyyatının xeyrinə fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzasına məhkum edilmişdir. Bu o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi).Ha тот момент самый длительный срок, когда-либо присуждавшийся британским правосудием; будет побит впоследствии лишь единожды . 1966-cı il oktyabrın 22-də həbsdən qaçmışdı. Sonradan Moskvada məskunlaşmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Rusiya Xarici Kəşfiyyat xidmətinin polkovnikidir.
"Sovet İttifaqının tərəfinə keçən ən məşhur Britaniya kəşfiyyat zabitlərindən biridir" — deyə BBC qeyd edirdi. "Əfsanəvi Sovet kəşfiyyatçısı" — Rusiyada Corc Bleyki belə adlandırırlar.
"Lenin" ordeni kavaleri, Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı nişanı, "Kəşfiyyatda xidmətə" görə (sıra nömrəsi № 1) və Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatına layiq görülmüşdür.
"Şəffaf divarlar" tərcümeyi-halına görə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (2007) mükafatı laureatı.
Həyatı 250px|thumb|right|1953-cü ildə İngiltərəyə qayıtdıqdan sonra Bleyk anası ilə birlikdə Georq (Corc) Behar (İngiltərə kralı V Georqun şərəfinə belə adlandırılıbhttp://www.chekist.ru/article/3354) 1922-ci ildə Niderlandda, Rotterdam şəhərində anadan olub. Anası holland Ketrin Beydervelen, atası isə Misir əsilli ərəb yəhudisi (Bəzi mənbələrə görə Konstantinopol yəhudi-sefard və ya başqa bir mənbəyə görə bir İspaniya yəhudisi idi.), Britaniya vətəndaşlığı almış istefada olan zabit Albert Behar idi. Birinci Dünya müharibəsində Britaniya tərəfində döyüşdüyünə görə ona Birləşmiş Kralığın vətəndaşlığı verilmişdi. Atasının 1936-cı ildə ölümündən sonra, yeniyetmə Corc bir müddət Qahirədə, varlı bankirə ərə getmiş bibisinin yanında qalır. O, burada əvvəl fransız liseyində, sonra isə ingilis kollecində təhsil alır. Burada marksist, əmisi oğlu Henri Kuriel (daha sonra Misir Kommunist Partiyasının qurucularından biri oldu)) tərəfindən solçu ideyalarla əhəmiyyətli dərəcədə təsirləndi. Eyni zamanda, Corc çox dindar idi və bir zamanlar doğma Hollandiyada keşiş olmaq istəyirdi..
1939-cu ildə o, Niderlanda qayıdır. Burada o, müharibə ilə qarşılaşır. 1940-cı ildə Almaniya Niderlanda hücum edir. Almanlar kiçik ölkəni birgünə məğlub edəcəklərini düşünürdülər, amma hollandlar daha ciddi müqavimət göstərirlər, döyüşlər beş gün çəkir. Bu zaman Corcun doğma Rotterdam şəhəri amansız aviasiya hücumuna məruz qalır və İkinci Dünya müharibəsi zamanı total dağıntıya uğrayan ilk şəhər olur. Almaniya işğalı dövründə Corcun anası və bacıları İngiltərəyə qaçır, amma o qalır və Müqavimət hərəkatında iştirak edir. Corc hərəkatda əlaqələndirici idi, anti-faşist broşürlarının paylanması ilə məşğul olur və buna görə dəfələrlə həbs olunmuşdu.
İki il müddətində gizli müqavimət hərəkatında iştirak edən Corc 1942-ci ildə İspaniyadan keçərək İngiltərəyə gedir. Anasının təşəbbüsü ilə ailənin Behar soyadını Bleyk ilə dəyişməsi də bu zaman baş verir.
Cəsusluq fəaliyyəti Corc Bleyk İngiltərədə əvvəlcə hərbi-dəniz donanmasında sualtı gəmilərdə xidmət edir. 1944-cü ildə isə Məxfi Kəşfiyyat Xidmətində (daha çox Mİ-6 kimi tanınan SİS — Secret Intelligence Service) işləməyə başlayır. Müharibə bitənə qədər SİS-in Niderlandda keçirdiyi əməliyyatlarla məşğul olur.
1946–1947-ci illərdə işğal altındakı Almaniyanın Britaniya işğal zonasında fəaliyyət göstərən Bleyk, növbəti bir ili İngiltərədə rus dilini öyrənir. Rəhbərlik onu əvvəlcə Kembric Universitetinə, sonra isə Dauninq kollecinə oxumaq üçün göndərir.
1948-ci ilin payızında isə o, kəşfiyyat məqsədilə Seula göndərilir. Burada Corc Vivian Holtun rəhbərliyi altında kəşfiyyatçı kimi çalışır və vitse-konsul vəzifəsi ilə maskalanır. Koreyaya gələn Bleykin vəzifəsi Çin və Şimali Koreya, eləcə də sovet Uzaq Şərqi haqqında məlumat toplamaq idi. Amma 1950-ci ildə şimallılar hücuma keçərək Seulu tutdu. Böyük Britaniyanın BMT mandatı altında müharibəyə qoşulmasından sonra isə ingilis diplomatları əsir alınırlar. Sonralar özünün dediyinə görə, Bleyk məhz həbsdə oxuduğu Marksın "Kapital" və Leninin "Dövlət və inqilab" əsərlərinin təsirilə, üstəlik ABŞ aviasiyasının Koreya kəndlərini bombalaması üzündən kommunist olur.http://www.chekist.ru/article/3821 Bundan sonra Pxenyandakı SSRİ səfirliyinə məktub yazan Bleyk sovet kəşfiyyatı ilə əməkdaşlıq etmək istədiyini bildirir. Maraqlıdır ki, onun əsas şərtlərindən biri xidmətinə görə pul ödənilməməsi olur. Dediyinə görə öz təşəbbüsü ilə sovet kəşfiyyatı ilə əməkdaşlığa başlayır (agent adı "Homer").
Corc Koreya müharibəsi bitdikdən sonra, 1953-cü ildə əsirlikdən azad edilir və Londona qayıda bilir. O, burada qəhrəman kimi qarşılanır. İngiltərədə yenidən yoxlamadan keşdikdən sonra SİS-in mənzil qərargahında işləməyə başlayır. Bleyk texniki əməliyyatlar şöbəsinin müdir müavini vəzifəsində çalışır (xaricdə gizli telefon dinləmələri şöbəsi). Növbəti ildə evlənir, seçdiyi qız da elə SİS əməkdaşı olur. Bleyk SSRİ-yə sosialist bloku ölkələrində işə qəbul edilmiş MI6 agentləri haqqında çox sayda məlumat ötürür. 1955-ci ildə isə onu Berlinə göndərirlər. Bleyk burada sovet vətəndaşlarını ingilis kəşfiyyatı ilə əməkdaşlığa cəlb etməli idi. 250px|thumb|left|C. Bleyk Koreyadan döndükdən sonra, 1953-cü il. Corc Bleyk Berlində sovet vətəndaşlarını əməkdaşlığa cəlb etmək və məlumat toplamaq əvəzinə artıq əməkdaşlığa cəlb olunanlar barədə sovet tərəfinə məlumat verməklə məşğul olur. Onun nə qədər Qərb kəşfiyyatçısı və əməkdaşlığa cəlb edilən casuslar barədə məlumat verməsi hələ də dəqiq məlum deyil, bəzi ehtimallar var. Məsələn, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-də ilk əhəmiyyətli casusu sayılan Pyotr Popovun məhz Bleykin məlumatı əsasında həbs və edam olunduğu güman edilir.William Hood. Mole (New York: Ballantine, 1983), pp. 246–247.
Sonralar MKİ-nın hazırladığı raporta əsasən, Bleyk SSRİ-yə 4720 səhifəlik məxfi sənədlər ötürüb. Onların arasında Qərb kəşfiyyatı ilə əməkdaşlıq edən agentlərlə yanaşı, SİS-in strukturu, maraqlandığı obyektlər, sosialist ölkələrinə qarşı əməliyyatları barədə məlumatlar olur."The Confession" BBC TV 3 October 1990 Amma onun casusluq fəaliyyətinin ən önəmli hadisəsi "Qızıl" ("Gold") əməliyyatının ifşasıdır.
"Qızıl" ("Gold") əməliyyatının məğzi Berlində yeraltı tunel qazaraq sovet hərbçilərinin istifadə etdikləri telefon xəttinə qoşulmaq idi. Əməliyyat 1954-cü ildə yayın sonlarında Amerika zonasında "anbar" tikməklə başlandı. Həmin tikilinin içindən isə əvvəlcə şaquli, sonra da sovet zonasına tərəf uzanan üfüqi tunel qazıldı. Yerin 6 metr dərinliyində, insanların sərbəst hərəkət edə biləcəyi diametrdə olan tunelin uzunluğu 450 metr idi və qurtaracağında sovet tərəfinin istifadə etdiyi yeraltı telefon xəttinə qoşulurdu. Tunel o dövrün ən müasir dinləmə texnologiyaları ilə təchiz edildi. 6,5 milyon dollara başa gələn işlərdən sonra 1955-ci il mayın 11-dən etibarən telefon danışıqları dinlənilməyə başlandı.
Bleykin əməkdaşlıq etdiyi SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi "Qızıl" əməliyyatı barədə xəbərdar olsa da, dərhal əks-tədbirlər görmədi, çünki bu, Bleyki ələ verə bilərdi. DTK öz agentini qorumaq məqsədilə sovet hərbi kəşfiyyatını və Şərqi Almaniyanın "Ştazi" Təhlükəsizlik Nazirliyini belə telefon xətlərinin dinlənilməsindən xəbərdar etmədi. ATK özü isə danışıqlarını yerüstü telefon xətlərinə etibar edirdi. Yeraltı xətlərdən isə hərdən dezinformasiya ötürmək üçün istifadə olunurdu. Belə olan halda aydın idi ki, DTK-nın əvvəlcədən xəbərdar olması məsələni ciddi surətdə dəyişmirdi. Tunel fəaliyyət göstərirdi və amerikalılar önəmli məlumat toplayırdılar. Dinləmənin qarşısı mütləq alınmalı idi, amma bunu mənbəni təhlükəyə atmadan etmək lazım idi.
Bleykin 1955-ci ildə Berlinə göndərilməsi bu istiqamətdə ilk addım oldu. Çünki o, SİS-in dinləmələrə bilavasitə aidiyyəti olan "Y" şöbəsindən uzaqlaşdı. Amma bir qədər gözləmək və inandırıcı səbəb tapmaq lazım idi. Nəhayət, dinləmələrin başlamasında 11 ay sonra belə bir bəhanə tapıldı. 1956-cı ilin aprelin ikinci ongünlüyündə Berlində bir neçə gün davam edən leysan yağışlar yağdı. Bu yağışların güya telefon əlaqəsini korladığını əsas götürərək sovet və Şərqi Almaniya hərbi rabitəçiləri xətləri yoxlamaq üçün göndərildilər. Məhz bu zaman sözügedən tunel aşkar edildi. Ertəsi gün sovet tərəfi mətbuat konfransı keçirərək baş verənləri danışdı. Hadisə dünya gündəmində partlayan bomba effekti verdi. Tunelin aşkar olunması əməliyyatı inandırıcı alındı. Amerikalılar da, ingilislər də hər hansı xəyanətdən şübhələnmədilər və qısamüddətli araşdırmadan sonra tunelin təsadüfən aşkar olunduğu qənaətinə gəldilər. Yalnız Bleykin 1961-ci ildə həbsindən sonra gerçək səbəb bəlli oldu.
İfşa olunması və mühakiməsi Corc Bleyk təsadüf nəticəsində ifşa olundu. KQB-nin xüsusi qoruduğu qiymətli agenti xəyanətin güdazına getdi. Bleyk özü Qərbə işləyən agentləri ələ verdiyi kimi, onu da Qərbə tərəf keçən bir kəşfiyyatçı ələ verdi. Polşa hərbi kəşfiyyatının yüksək ranqlı zabiti Mihal Qolenevski 1959-cu ildən etibarən ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə quraraq məxfi məlumatlar ötürürdü. 1961-ci il də isə Qərbə qaçdı.
İngilislər Qolenevskinin verdiyi dolayı məlumatlar əsasında Corc Bleykdən şübhələnməyə başlayırlar. Həmin dövrdə Bleyk Livanda idi və ərəb dilini öyrənirdi. İngiltərəyə təcili çağrılmasından şübhələnsə də, gedib-getməməklə bağlı tərəddüd keçirsə də, sonda getməyi qərara alır. 1961-ci ilin aprelində Londona gələn kimi isə həbs olunur. İstintaqın əlində Bleykə qarşı sübutlar olmadığından öz etirafının alınması mühüm idi. İlk sorğu-sual zamanı o, günahını inkar edir. Nəhayət, təcrübəli müstəntiq Harri Şerqold "Biz bilirik, sənə əsirlikdə işgəncə veriblər, məcbur edilmisən" deyir. Bu sözlər nədənsə Bleykin qüruruna toxunur və o, "Mənə kimsə işgəncə verməyib, özüm təklif etmişəm" deyərək sovet casusu olduğunu etiraf edir.
Bleykin məhkəməsi elə həmin ildə, bağlı qapılar arxasında keçirildi. O zaman Britaniyada edam cəzası hələ mövcud olsa da, dinc dövrdə casusluğa görə nəzərdə tutulmurdu. Qanunvericiliyə görə bir cinayət üçün ən böyük müddətli cəza 14 il idi və Bleyk də ən pis halda bu qədər alacağını düşünürdü. Amma hakim onun əməlini üç müxtəlif epizoda böldü və hər birinə görə maksimum cəza təyin edərək üst-üstə topladı. Bleyk 42 il həbs cəzası aldı. Bu, o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi).
Xatirələrində Bleyk yazırdı: "Əgər 14 il cəza alsaydım, kədərlənərdim. 42 il o qədər qeyri-real idi ki, mən heç bir reaksiya verə bilmədim".
Qaçışı 250px|thumb|right|Corc Bleykin saxlanıldığı Uormvud-Skrabs həbsxanası Bleyk cəzasını Londonun qərbində yerləşən Uormvud-Skrabs həbsxanasında çəkir. Qolenevskinin məlumatları əsasında həbs olunan başqa bir sovet kəşfiyyatçısı Konon Molodıy da burada saxlanılırdı. Həbsxana rəhbərliyinin diqqətsizliyi səbəbindən onlar bir müddət əlaqə saxlaya, müzakirələr apara və xatirələrini bölüşə bilirlər.Obituary John Quine . Daily Telegraph (12 June 2013). Belə söhbətlərin birində Molodıy Bleykə söyləyir: "Corc, Oktyabr inqilabının 50 illiyi (1967-ci ildə) təntənələrində Qızıl meydanda birlikdə olacağıq". Molodıyın belə nikbin olması üçün əsas vardı. O, sovet vətəndaşı idi, İngiltərədə başqa adla qeyri-leqal fəaliyyət göstərirdi. Buna görə də SSRİ-yə veriləcəyinə, dustaq mübadiləsinə ümid edə bilərdi. Belə bir mübadilə 1964-cü ildə baş verdi: Molodıyı SSRİ-də həbs olunan ingilis kəşfiyyatçısı Qrevil Vinn ilə dəyişdirildi.