Tərxinabad (, ) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd.
Coğrafiya Tərxinabad kəndi Əsədabaddan 3 kilometr şimal-şərqdə, Almabulaq (Almaqulaq) dağının yamacında yerləşir. Bu kəndin dağlıq bölgədə yerləşimindən asılı olaraq, gözəl yaylaqlar və sulu bulaqlar malikdir. Tərxinabad yaxınlığında Böyükgöl adlı bir gölcük yerləşir. Bulaqlar Şallıbulaq, Suludərə, Hacı Qələndər, Böyükgöl, Almabulaq, Mənsur bulağı (indi quruyub), Soyuq Kəhriz. Kəndin memarlığı Tərxinabad memarlığı başqa dağlıq bölgələrdə yerləşən yaşayış məntəqələrinə bənzəyir, belə ki aşağıda yerləşən evin damı yuxarıdakı evin həyəti sayılır. Kənd evləri Tərxinabad çökəkliyinin şimalında və qibləyə doğru tikiliblər, bu isə dağlıq bölgələrin kəndlərində ən yayğın memarlıq növüdür. Evlərin həyətində mətbəx, təndir, ağıl və anbarlar yerləşərək, damlarda isə baca var. Yaşayış otaqlar ümumiyyətlə balaca qapılarla birləşdirilən ikinci mərtəbədə yerləşir və qışda tez istilənmək üçün adətən kəndir adlanan, ortasında soba olan otaqlardan biri də təndir və mətbəxdir.
Əhalisi 2016-cı ilin məlumatına görə kənddə 420 nəfər yaşayır (128 ailə). Milli tərkibi Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.iribnews.ir İqtisadiyyat Kənlilərin gəliri əsasən bağçılıqdandır. qoz, gavalı, üzüm və alma burada yetişdirilən ən önəmli məhsullardır.
Turizm Tərxinabad kəndində Tərlan eko-turizm iqamətgahı yerləşir. İqamətgahda habelə Umac aşı, Qazayağı aşı, Kəşki-badımcan və Abguşt kimi yerli yeməklər buraya gələn turistlərə təqdim edilir.
İstinadlar
Kateqoriya:Əsədabad şəhristanının kəndləri