Sahilə İbrahimova () — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır.
Həyatı Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb.
2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub.
Ailəlidir, 2 övladı var.
Yaradıcılığı İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb.
2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur. 2009-cu ildə Azadlıq Radiosunun "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsində 2 hekayəsi — "Mən deyildim" və "Avqustun iyirmi üçünə üç gün qalmış" hekayələri 130 müəllifin 150 əsəri içərisindən gizli səsvermə nəticəsində ilk onluğa düşmüşdür.
2010-cu ildə hekayələrdən ibarət "Varlı kişinin portmanatı" adlı ilk kitabı çapdan çıxmışdır"Müasir oxucular yeni informasiya istəyirlər" .
2010–11-ci illərdə Prezident təqaüdü alıb.
2012-ci ildə "Yuxarı və aşağı ətraflar" adlı növbəti kitabı yayımlanıb. Kitab 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin "Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu" mükafatının qalibləri sırasında olub.
Yazıçının "Çevriliş" romanı 2014-cü ildə çapdan çıxıb. Kitab Azərbaycan Yazıçılar Birliyinin "AYB kitab" layihəsi çərçivəsində buraxılmış ilk kitabdır..
"Şeyx" romanı 2018-ci ildə Bakıda, 2022-ci ildə isə "Nestor" nəşriyyatı tərəfindən Türkiyədə çap edilib. Əsər Fransada çapa hazırlansa da, pandemiya səbəbindən nəşri gecikib. Əsər "Şeyx Sənan" mövzusundadır.
2018–2019-cu illərdə YouTube-da yayımlanan "Çətir, eynək və s." ədəbi podkastının həm yaradıcısı, həm də aparıcısı olub. Qeyd olunan podkast Azərbaycanın ilk ədəbi podkastlarından biridir.
2020-ci ilin iyulunda Sahilə Yayanın baş redaktorluğu ilə Azərbaycanın ilk instaqram jurnalı Azərbaycan və rus dillərində "Karusel" fəaliyyətə başlayır.
Əsərləri
Novellalar Zemi
Romanlar "Məhv edilmiş xilaskarlar" "Yuxarı və Aşağı ətraflar" "Şeyx"
Hekayələr Varlı kişinin portmanatı Zırrama Qorxu Elə deyilmiş Təxirəsalınmış nikbinlik planı Qara əlcəyin əhvalatı Avqustun iyirmi üçünə üç gün qalmış Ən uzaq gələcək Mən deyildim Dünyanın qarnı quruldayır Köhnəlmiş sevgilər Torbadakı on min dollar Adamlar üçün darıxan adam Tanış ritm
Esseləri Ən böyük ideya — İdeologiya Şokoladsız Afrika
Mükafatları 2006-cı ildə "Azərbaycanda demokratiyanın inkişaf perspektivləri" adlı esse müsabiqəsində 1-ci yer. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Yeni adlar" müsabiqəsində "Qorxu" adlı hekayəsi ilə birinci yer. 2010-cu ildə "Varlı kişinin portmanatı" adlı hekayələr kitabı Milli Kitab Mükafatının uzun siyahısına daxil edilib. 2 fevral 2012 — Gənclər və İdman Nazirliyinin "Gənclər günü" münasibətilə keçirdiyi müsabiqədə 2011-ci ilin nəticələrinə görə ədəbiyyat sahəsi üzrə "İlin Gənci".. 2013-cü ildə "Yuxarı və aşağı ətraflar" romanı Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin "Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu" mükafatı.
İstinadlar
Xarici keçidlər "Azərbaycanlı qızla erməni oğlanın sevgisindən yazmışam" — Fotolar+Video Azərbaycanda qadın yazıçı | Sahilə Yaya | Azərbaycanda qadın O həyəcan qarşısında hər şey təfərrüatdı (Müsahibə)
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan feministləri