Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.

Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

Etimologiya Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Moqolstan" adlandırılmışdır.

Əhalisi

thumb|380px|MonqolustanÖlkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.

Etnik tərkibi 2010-cu il əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfərdir. Onlardan 2.647.545 nəfəri Monqolustan vətəndaşları, 107.140 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır. Monqolustanda Türk toplumunu qazaxlar , tuvalılar (onların etnik qrupu olan urianxaylarla birlikdə),Ethnologue report for language code :tyv uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar)Ethnologue report for language code :uig və özbəklər təşkil edir. +Monqolustan vətəndaşlarının milli tərkibi Etnik qrup 1989 sa.United Nations Statistics Division :4. Population by national and/or ethnic group, sex and urban/rural residence: each census, 1985–2003 or Population selon le group national et/ourthnique, le sexe et la résidence urbaine/rurale: recensements de 1985 à 2003 2000 sa. 2010 sa.Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хүн ам, орон сууцны 2010 оны толлого тооллогын үр дүн cəmi2 043 9542 373 4932 647 545 xalxa1 610 4241 934 6742 168 141 qazax120 506102 983101 526 dörvöd55,20866 70672 403 bayad39 23350 82456 573 buryat35 44440 62045 087 darqanqa29 04031 90927 412 urianxay23 47825 18326 654 zaxçin22 99829 76632 845 darxad14 75719 01921 558 öld9 18814 63415 520 xotqoid…7 23715 460 torqud10 05012 62814 176 hotən…9 01411 304 myanqad4 7606 0826 592 tuva…4 7785 169 barqa2 1302 5062 989 uzemçin2 0862 3862 577 eljiqen…1511 340 sartul…1 5401 286 xamniqan…565537 tuxa…303282 özbək…380260 xarçin…266152 saxar…123132 xmer6 076…… xoşud…183… xan247173… rus140158… xorçin…150… xalimaq…5… digər1 50932317 462 təsniflənməmiş56 6808 224

Din +Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır. 15 yaşdan yuxarı yaşda olan Monqolustan vətəndaşlarının dini etiqadları Etiqad Etiqad edənlərin sayı Ümumi saya nisbəti cəmi1 905 969100.0% buddizm1 009 35753.0% ateizm735 28338.6% islam57 7023.0% şamanizm55 1742.9% xristianlıq41 1172.1% digər6 9330.4%

Coğrafiyası

Monqolustan paytaxt – Ulan-Bator və 21 aymakdan ibarətdir.

Tarixi

Monqolustan (1945–2000)

İkinci Dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət status-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım (Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in status-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu.

Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi. Rəy sorğusunun nəticələri Çin hökuməti tərəfindən tanındı. Bununla da, Monqolustan Xalq Respublikası ərazisinə Çin dövləti tərəfindən olan iddiaya son qoyuldu, monqol dövlətinin mövcudluğuna olan təhlükə aradan qaldırıldı. Qeyd etmək istərdik ki, 1950-ci ilin 14 fevralında imzalanan "Dostluq, ittifaq və qarşılıqlı yardım haqqında" Sovet-Çin müqaviləsindədə tərəflər MXR-in tam müstəqilliyini bir daha qeyd edir və onunla ÇXR-in diplomatik əlaqələr qurmasının vacibliyini olduğunu söyləyirdilər,

lakin bu müstəqillik müharibədən sonra Sovet İttifaqı və MXR arasında bağlanan bir sıra müqavilə və sazişlər nəticəsində öz əhəmiyyətini itirir, formal xarakter daşıyır və MXR siyasi-ideoloji, hərbi-iqtisadi və s. baxımından tam Sovet təsirinə məruz qalan bir ölkəyə çevrilirdi. 1946-cı ilin fevralında iki dövlət arasında "Dostluq və qarşılıqlı yardım haqqında" müqavilə imzalandı. Müqaviləyə görə tərəflər öhdəlik götürürdülər ki, onlardan birinə hücum olarsa o biri ona "hər cür, o, cümlədən hərbi kömək göstərəcəkdir". Əslində bu, MXR-in Sovetlərin hərbi bazasına çevrilməsini hüquqi baxımdan əsaslandırmaqdan başqa bir şey deyildi. Sonrakı dövrlərdə bir sıra müqavilə və sazişlər imzalandı. Bunlardan 1957-ci il ticarət müqaviləsini, 1966-cı il elmi-texniki əməkdaşlıq haqqında sazişi və "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında" müqaviləni göstərmək olar. Həmin müqavilələr MXR-in həyatının bütün sahələrinə Sovet nəzarətinin yaranmasını başa çatdırdı. MXR bütünlüklə Sovet İttifaqından asılı bir vəziyyətə düşdü.

Bununla yanaşı MXR-in beynəlxalq vəziyyətində müəyyən dəyişikliklər də baş verirdi. ÇXR yaranandan az sonra MXR ilə diplomatik əlaqələr qurdu. 1952-ci ildə onlar iqtisadi və mədəni əməkdaşlıq haqqında saziş bağladılar. 1960-cı ildə isə "Dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı. Sonuncu sənəd iki dövlət arasındakı münasibətlərin daha geniş sahələrini əhatə edirdi.

1948–1960-cı illərdə MXR Avropa və Asiyanın bütün sosialist dövlətləri və Kuba ilə diplomatik əlaqələr qurmuş, onlarla dostluq və əməkdaşlıq müqavilələri imzalamış, iqtisadi və mədəni əməkdaşlıq haqqında sazişlər bağlamışdı. 60-cı illərin mühüm hadisəsi kimi MXR-in 1961-ci ildə BMT-yə üzv qəbul olunmasını göstərmək olar. Bundan sonra böyük dövlətlərin MXR-i tanıması prosesi başlamışdır. 1963-cü ildə Böyük Britaniyanın MXR-i tanımasından 1983-cü ilədək sürən müddətdə onunla diplomatik münasibətlər quran dövlətlərin sayı xeyli artdı. Həmin ildə MXR artıq 92 dövlət ilə diplomatik əlaqələr saxlayırdı ki, onların 20-yə yaxını inkişaf etmiş dövlət idi. Nəhayət, 1987-ci ildə ABŞ da Monqolustan ilə diplomatik əlaqələr yaratdı.

Daxili vəziyyətə gəlincə, yuxarıda dediyimiz kimi, ölkə Sovet İttifaqından asılı idi. Həyatın bütün sahələrində "Sovet təcrübəsi" kor-koranə tətbiq olunurdu. Həm də bunun əsası MXR-in yaranması dövründə qoyulmuşdu. Şəxsiyyətə pərəstiş, siyasi və hərbi xadimlərə, təsərrüfat rəhbərlərinə, keçmiş inqilabçılara, elm və mədəniyyət nümayəndələrinə, təbiidir ki, buna qədər məmləkətin var- dövlət və nüfuz baxımından üzdə olan bütün insanlarına, bütünlüklə öz xalqına qarşı kütləvi repressiyalar normal həyat tərzinə çevrilmişdi. 30–40-cı illərdə məhz Stalin şəxsiyyətinə pərəstiş səviyyəsində Monqolustanda da Çoybalsan şəxsiyyətinə pərəstiş vardı. O, hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirmiş, avtoritar, totalitar və despotik bir rejim yaratmışdı. Kiçik bir narazılıq böyük qəddarlıqla və amansızlıqla qarşılanırdı.

Bunlara baxmayaraq monqol xalqı bu despotik rejimə qarşı çıxmaq üçün həmişə özündə güc tapmışdır. 1932-ci ilin yazında baş verən etiraz hərəkatında, demək olar ki, ölkə əhalisinin çox böyük hissəsi iştirak etmişdi. Hərəkatın əsas qüvvələri aratlar idilər. Onlara din xadimləri-lamalar başçılıq edirdi. Aratlar zorakılıqla "artel"lərə və "kommuna"lara cəlb edilməyə qarşı çıxır, mal-qaranın əllərindən alınmasına müqavimət göstərirdilər. Onlar "kollektivləşmək" istəmədiyinə görə həbs edilmiş bütün aratlar azad olunmasını tələb edirdilər. Üsyanı yatırmaq üçün nizami ordudan istifadə olundu, üsyançılar top və tank atəşləri ilə güllə-baran edildilər. Ələ keçənlərə ən amansız cəzalar verildi. Üsyan böyük bir qəddarlıqla yatırıldı. 1933-cü ildə MXİP MK-nın katibi J. Lhumba haqqında yalandan bir "cinayət" işi qaldırıldı. Neçə yüzlərlə insan bu "cinayət"də iştirak etməkdə təqsirli bilindi və onlara qarşı hər cür repressiv tədbirlər görüldü. 1937-ci ilin payızında(sentyabr ayında) kütləvi repressiyalar başladı. Bu dövrdə Monqolustan əhalisinin onda bir hissəsi(uşaqlar və gənclər istisna olunmaqla) edam, sürgün, katorqa, ömürlük həbs və s. kimi ən ağır cəzalara məruz qaldı. Yüz minlik din xadiminin-lamanın 70%-i məhv edildi, 700 monastır bağlandı, lama məbədləri "əks inqilab yuvaları" elan edildi və dağıdıldı. 1990-cı ildə Monqolustanda cəmisi bircə monastır fəaliyyət göstərirdi.

Sovet "təcrübəsi"nə uyğun olaraq qanlı divan və qəddarlıq hakim partiya liderlərinə qarşı da tətbiq olunurdu. Suxe-Batorun silahdaşları – baş ordu komandanı marşal Q. Demid, Kiçik Xalq Xuralının sədri D. Doqosan, baş nazir A. Amar, MXTP Mərkəzi Nəzarət Komissiyasının sədri Do Losol və onlarca digər partiya və dövlət xadimləri cismən məhv edildilər, çoxları həbslərə, katorqa və sürgünlərə atıldılar. MXİP-nin 1934-cü ildə keçirilmiş IX qurultayında seçilmiş Mərkəzi Komitə üzvlərinin üçdə ikisi, MK Rəyasət heyəti üzvlərinin beşdə dördü müxtəlif repressiv tədbirə məruz qaldı. "Xalq inqilabı" hərəkatında iştirak edən könüllü partizanların 15%-i, generalların isə 80%-i də repressiya həyatını yaşamalı oldu. Orduda repressiyalar hətta Xalxın-Göldə hərbi əməliyyatlar dövründə də aparılırdı. Bunun nəticəsi idi ki, monqol ordusu yüksəksəviyyəli zabitlərdən məhrum oldu, daxildən zəiflədi, yeni və naşı komandirlərin fərsizliyi ucbatından döyüşlərdə çox böyük itkilər verdi.

Elm, ədəbiyyat və mədəniyyət xadimləri də ən amansız cəzalara məruz qaldılar.

Zorakı idarəçilik sistemi iqtisadiyyatdan da yan keçməmişdir. Təkcə bircə faktı söyləmək kifayətdir ki, bu zorakılığın nəticələri haqqında müəyyən təsəvvür yaransın. Belə ki, 1940-cı ildə MXİP-nin X qurultayında bilavasitə Stalinin göstərişi ilə qərara alınmışdır ki, ölkədə mövcud olan mal-qaranın sayı 26 mln. başdan 1953-cü ildə 200 mln başa qaldırılsın. Bu dövrdə mal-qaranın başı nəinki artmadı, hətta 1953-cü ildə 23 mln-a endi və 1940-cı ildəkindən 3 mln baş da az oldu.