İkinci Qarabağ müharibəsinə reaksiyalar — 2020-ci il 27 sentyabr-10 noyabr tarixləri arasında baş vermiş İkinci Qarabağ müharibəsinə ölkədaxili və beynəlxalq reaksiyalar.
Daxili
Azərbaycan thumb|Sentyabrın 30-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi təxribat zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı.|230px Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm! Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik." — ifadələrini dilə gətirmişdir. 29 sentyabr səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan torpaq bütövlüyündən danışıb. Dövlət başçısı bildirib ki, Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırım da törədiblər. Daha sonra, Almaniya Kansleri Angela Merkel və İlham Əliyev arasında baş tutan telefon zəngində, dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlət başçısı eyni zamanda vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Sentyabrın 29-da Rossiya 1 telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan Prezidenti İlham Əliyev aparıcıların suallarını cavablandırıb. O öz açıqlamalarında, Türkiyə polemikasına qarşı: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır." — deyə cavab verib. Aparıcının Suriya Milli Ordusunun Qarabağda döyüşməsinə dair verdiyi suala isə: "Bu, növbəti feyk-nyusdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur və bunu erməni təbliğatı ortaya atıb. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin." — deyə bildirib və reportaj başa çatıb.
Sentyabrın 30-da İlham Əliyev və Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Hərbçilərlə görüş zamanı, "Mən demişdim ki, əgər bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq." — deyə İlham Əliyev bildirib. İlham Əliyev 4 oktyabr xalqa müraciəti zamanı Qarabağdakı separatçıların lideri barədə danışıb: "Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara. Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu? Minsk qrupu bir açıqlama verdimi? Vermədi! Avropa İttifaqı verdimi? Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək? Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa! Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana "gəl təkbətək vuruşaq, baxaq kim kimdir". İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!" deyə, Prezident əlavə edib.
Ermənistan 27 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hakimiyyətini genişmiqyaslı bir təxribatda ittiham etmişdir. O bildirdi ki, "Azərbaycan rəhbərliyinin son dövrlərdəki təcavüzkar bəyanatları, Türkiyə ilə genişmiqyaslı birgə hərbi təlimlər, habelə ATƏT-in monitorinq təkliflərini rədd etməsi" bu müharibəyə əvvəldən hazırlaşdığının göstəricisidir. 28 sentyabr tarixində Ermənistan Respublikası Xarici İşlər Nazirliyi müharibə haqqında rəsmən açıqlama vermişdir. Həmçinin, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqyanyan Ermənistanın yeni silah təchizatı üçün Rusiyaya müraciət edəcəyini bildirib. 30 sentyabrda Baş nazir Nikol Paşinyan Ermənistanın rəsmi olaraq Dağlıq Qarabağı müstəqil bir ərazi olaraq tanınmasını düşündüyünü bildirdi. Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Hərbi Hava Qüvvələrinin Dağlıq Qarabağ ərazisində cəbhə boyu təxribat xarakterli uçuşlar həyata keçirdiyini bildirdi.
1 oktyabr tarixində Arayik Harutyunyan ermənilərin uzunmüddətli müharibəyə hazırlaşmalarının lazım olduğunu bildirdi. 3 oktyabr tarixində Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti "bölgədə sülh və təhlükəsizliyin bərpası" üçün Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırdı. 8 oktyabr tarixində Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad etmişdir. 1 oktyabr tarixində İsrailin Azərbaycana silah satışını iddia edən Ermənistan İsraildəki səfirini geri çağırmışdır. 8 oktyabr tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Ermənistan prezidentinin əmri ilə işdən azad olunmuşdur. Elə həmin gün, Ermənistan Müdafiə Nazirliyi Novaya qazeta müxbiri İlya Azarın Dağlıq Qarabağa akkreditasiyasız daxil olaraq Şuşa və Laçında reportaj apardığını bildirərək jurnalın akkreditasiyasını ləğv etmişdir.
Beynəlxalq — Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın tərəfində olduğunu bildirib və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulayıb. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda Ermənistanın Azərbaycana qarşı hücumlarını sərt şəkildə qınayıb. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məsələ ilə bağlı rəsmi "Twitter" səhifəsində Türkiyənin bu hücumlara qarşı Azərbaycanın yanında olduğunu bildirib. "Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", — deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər. onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib: "Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan torpaqlardan çəkilməyənədək problem həll olunmayacaq. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin qərarı mövcuddur. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün heç bir konkret addım atmayıb". — ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb. ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib". O qeyd edib ki, ABŞ-nin əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.