300px|thumb|right|Birə Birə — insan və heyvanların qanları ilə qidalanan qanadsız parazit.Fleas. İstifadə tarixi: 3 iyul 2026. Dünya üzərində 2500-dən çox birə növü mövcuddur və bunlardan çox azı insan sağlamlığına təsir edə bilir.About Fleas. İstifadə tarixi: 3 iyul 2026. Birələr həm də müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Birələr Orta əsrlərdə Avropa əhalisinin təqribi 1/4-in ölümünə səbəb olan vəba epidemiyasına səbəb olan hadisələr zəncirində olduqca təsirli faktor olublar.Flea. İstifadə tarixi: 3 iyul 2026.

Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələrinə ayırmaq olar.

Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır.

Birələr əsasən ev heyvanları (it, pişik) üzərində olur. Həmçinin digər tüklü heyvanların (tülkü, dələ, siçan və s) üzərlərində də rast gəlinir. Birələr əsasən insanların ayaq hissələrindən qan sorurur və nəticədə kəskin qaşınma və allergik fəsadlar verir. Yoluxucu xəstəliklərin daşıyıcısı və yoluxdurucularıdırlar. Birələr əsasən yaz-yay aylarında daha çox rast gəlinir. Bədən quruluşu Birələr çox kiçik, qanadsız və 2.5 mm uzunluğunda olurlar. Bədən quruluşları düz, ovalvari formadadır, rəngləri qırmızılımtıl-qəhvəyi tonlarda olur.What are fleas, and how can you avoid them? İstifadə tarixi: 3 iyul 2026. Altıayaqlı olan birələr olduqca olduqca hündürə və uzağı tullana bilirlər.

Birə dişləməsinin simptomları

Güclü qaşınma; Dişləmədən təqribi yarım saat sonra əmələ gələn qırmızı qabarıqlıq.

Həyat şəraiti Birənin həyat dövrü 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup və yetkinlik. Ömür müddətləri mühitin əlverişlilik şəraitindən asıldır.

Birə yumurtası ağ, oval forması olur və dişi birələr gündə 20-50 arası yumurta qoya bilir. Balalar 2-5 ərzində yumurtadan çıxırlar.

Sürfələr qurdvari formada olurlar, qəhvəyiyə çalan rəngdə başlarında gözləri və ayaqları olmur.Fleas. İstifadə tarixi: 3 iyul 2026.

Pup halındakı birələr ilıq havda daha tez formalaşırlar və əlverişsiz şəriatdə 1 ilə qədər qala bilərlər.

Yetkin fərdlər adətən 30-40 gün yaşayır.

İstinadlar

Kateqoriya:Böcəklər