Furqondakı xanım () — 2015-ci il ingilis komedi-dram janrında film. Film real hadisələrə söykənərək Benetin yazdıqları əsasında çəkilmişdir. Film 15 il boyunca xarab furqonda yaşayan yaşlı qadın — Meriyə (Marqrit) həsr olunmuşdur. Filminin çəkilməsindən əvvəl hekayə 1990-cı ildə kitab, 1999-cu ildə səhnə əsəri, 2009-cu ildə radio oyunu olaraq ictimaiyyətə çatdırılmışdır.

Filmin gedişatı İnsanların yaşlılığına və kasıblığına görə Meriyə yazıqları gəlirdi. Amma qoxusundan və kobudluğundan dolayı çox adam qoca qadından uzaq durmaq istəyirdi. Amma Benet belə deyildi. Benet get-gedə yaşlı qadınla daha da yaxınlaşır və onun həyatının gizli məqamlarını öyrənir. Meri əslində Fransada musiqi təhsili almış, ali savadlı qadındır. O, məşhur pianoçu Alfred Kortotun bacarıqlı tələbəsi olmuşdur. Meri hətta bir ara rahibə olmaq istəmiş, buna görə çox istədiyi musiqidən uzaqlaşmışdır. Ölənə yaxın deyir ki, musiqi mənim əllərimdə, sümüklərimdədir. Merinin tənhalaşmasının və hiss edilən travmalarının böyük bir səbəbi var. Ancaq bu sirdir və filmin sonuna yaxın sirrin üstü açılır.

Aktyor heyəti

Meggi Smit — Miss ŞepardMaggie Smith. İstifadə tarixi: 10 iyul 2026. Aleks Cenninqs — Alan BennetAlex Jennings. İstifadə tarixi: 10 iyul 2026. Ceymi Parker — Əmlak agentiJamie Parker. İstifadə tarixi: 10 iyul 2026. Debora Findli — PolinDeborah Findlay. İstifadə tarixi: 10 iyul 2026. Roqer Allam — RufusRoger Allam. İstifadə tarixi: 10 iyul 2026. Corc Teylor — PolisGeorge Taylor. İstifadə tarixi: 10 iyul 2026. Selina Kadel — Ledi ViqqinSelina Cadell. İstifadə tarixi: 10 iyul 2026. Dermot Krouli — keşişDermot Crowley.İstifadə tarixi: 10 iyul 2026.

İstinadlar

Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:TriStar Pictures filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:Evsizlik haqqında filmlər Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2015-ci ilin müstəqil filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Sony Pictures Classics filmləri