Anatoli Anatoli oğlu Nuriyev (; ) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır.

Karyerası

Klub Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsüm keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir.Anatoliy Nuriyev. FC Mynai 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur. "Minay" klubunda 3 il çıxış edir. Burada meydana çıxdığı 74 oyunda 34 dəfə fərqlənir.

2012-ci ildə futbolçu "Kolos" klubuna keçir. Ancaq Rusiyanın Ukraynaya hərbi təcavüzundən sonra icarə əsasında Azərbaycanın "Sumqayıt" klubuna keçir. "Kolos"da 15 oyunda meydana çıxır və 1 qol vurur.

2022-ci ilin iyun ayında futbolçu "Sabah" klubuna transfer olunur.

Milli komanda Onun Milli komanda karyerası 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən Yay Universiadasında başlayıb və burada Ukrayna tələbə komandasını təmsil edib.Сборная Украины на Летней Универсиаде-2019: анонс, прогнозы, расписание игр, где смотреть . Footboom. 1 iyul 2019

Futbolçunun atasının azərbaycanlı olmasına görə AFFA onu Azərbaycan yığmasına dəvət edir. Ancaq 2021-ci ilin fevral ayında futbolçunun bu təklifi rədd etməsi barədə xəbərlər mətbuatda yayılır. Ancaq sonradan Azərbaycan Milli komandasına dəvəti qəbul edən futbolçu, 2021-ci il martın 24-də FİFA Dünya Çempionatının seçmə mərhələsində Portuqaliya ilə oyuna Azərbaycan millisində debüt edir.

Karyera Statistikası

+MövsumKomandaÇempionatKubokAvropaToplamOyunQolOyunQolOyunQolOyunQol2013–2014Hoverla142 - - - -1422014–2015150 - - - -1502015–2016150 - - - -1502017–2018Stal Kamenski80 - - - -802018–2019Minay23930 - -2692019–2020291752 - -34192020-21221020 - -24102021-22Kolos13110201612021-22Sumqayıt (icarə)51 - - - -512022-23Sabah21320 - -233Karyerasında toplam120411322013543+

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Ukraynada legioner futbolçular Kateqoriya:Ukraynada legioner Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular