Kiçik Hüseyn Paşa () — I Əbdülhəmid və III Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.https://web.archive.org/web/20081121085809/http://korsan.uskudar.biz/kucukhuseyinpasa.htm

Həyatı Əslən çərkəz olub, 1757-ci ildə dünaya gəlmişdir. Silahdar İbrahim Paşanın köləsi ikən 1767-ci ildə Şahzadə Mehmedin doğulması münasibətilə Sultan Mustafaya hədiyyə edildi. Ancaq şahzadənin 5 yaşında vəfat etməsiylə, sultanın digər oğlu Şahzadə Səlimin xidmətinə alındı. Uzun illər onun xidmətində qalan Hüseyn, şahzadənin taxta çıxmasıyla sürətlə yüksəldi. 1789-cu ilin oktyabrında baş çuxadar, 10 mart 1792-ci ildə isə kaptan-ı dərya oldu. Həmin il Sultan Əbdülhəmidin qızlarından Əsma Sultanla evləndirildi ancaq bu nigahdan paşanın övladı olmadı.

1797-ci ilin dekabrında Vidin sərdarı olaraq donanmayla səfərə yollandı. Səfərdən döndükdən sonra 8 dekabr 1803-cü ildə anidən vəfat etdi. Cənazəsi Əyyubsultandakı Mehrişah Validə Sultan türbəsinin həyətinə dəfn edildi.

Mənbə Songül Çolak, "Patrona Halil Ayaklanmasını Hazırlayan Şartlar ve İsyanın Payitahttaki Etkileri", Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, XII, 525–529; 1730 Patrona İhtilâli Hakkında Bir Eser: Abdi Tarihi (nşr. Faik Reşit Unat), Ankara 1943

İstinadlar

Kateqoriya:Osmanlı paşaları