Hərbi Memorial Məzarlıq (27 sentyabr 2025-ci ilə qədər keçmiş adı II Şəhidlər Xiyabanı vəya 2 saylı Şəhidlər Xiyabanı) — 2018-ci ildə əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətlərinə görə şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının dəfn olunduğu xiyabandır. Məzarlıq 2 saylı Fəxri Xiyabanın ərazisində yerləşir.İkinci Şəhidlər Xiyabanı : Tarixi , Mənəvi Dəyəri
Tarixi II Şəhidlər Xiyabanı Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığı iddia edilən video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi.
2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbi qulluqçusu şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Şəhidlər Xiyabanında dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu.
2020-ci ilin avqust ayında isə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları Fuad Nadir oğlu Məmmədov 52 yaşında, Çingiz Mustafa oğlu Məmmədov isə 69 yaşında vəfat etdi. Fuad Məmmədov və Çingiz Məmmədov II Fəxri Xiyabanın yeni hissəsində dəfn olundu.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin II Şəhidlər Xiyabanında razılıq əsasında dəfn olunması aparılırdı. Xiyabanda dəfn olunmaq məcburi əsasla aparılmırdı, ailə üzvlərinin razılığı ilə aparılıdı. 44 gün davam edən Vətən müharibəsinin 100-dən çox şəhidi II Şəhidlər Xiyabanında dəfn olundu.
2025-ci il 27 sentyabrında məzarlığın adı dəyişdirilərək "Hərbi Memorial Məzarlıq" adlandırıldıİkinci Şəhidlər xiyabanının adı dəyişdirilib Həmin gün 44 metrlik Zəfər abidəsinin açılışı da edildi.44 metrlik Zəfər abidəsinin açılışı oldu
Dəfn olunanlar II Şəhidlər Xiyabanında dəfn olunanların 1 nəfəri general-mayordur, 2 nəfəri general-leytenantdır, 1 nəfəri polkovnikdir, 13 nəfəri polkovnik-leytenantdır, 15 nəfəri isə mayordur. SıraDəfn olunanDoğum tarixiVəfat tarixiMəlumat1Polad İsrayıl oğlu Həşimov02.01.197514.07.2020Azərbaycan Ordusunun general-mayoru; Tovuz döyüşlərinin şəhidi2İlqar Anzor oğlu Mirzəyev08.05.197314.07.2020Azərbaycan Ordusunun polkovniki; Tovuz döyüşlərinin şəhidi3Fuad Nadir oğlu Məmmədov31.01.196808.08.2020Azərbaycan Ordusunun general-leytenantı; Müdafiə Nazirliyinin sabiq İdarə rəisi4Çingiz Mustafa oğlu Məmmədov15.01.195110.08.2020Azərbaycan Ordusunun general-leytenantı; Müdafiə Nazirliyinin sabiq İdarə rəisi5Abbas Rza oğlu Qasımov17.03.198627.09.2020Dövlət Sərhəd Xidmətinin mayoru və hərbi pilotu; Vətən müharibəsinin şəhidi6Xalid Həsən oğlu Gözəlov04.11.199627.09.2020Dövlət Sərhəd Xidmətinin baş leytenantı və hərbi pilotu; Vətən müharibəsinin şəhidi7Faiq Qaçay oğlu Qasımov10.02.197427.09.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi8Elçin Elşən oğlu Mansurov25.11.198427.09.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi9İlkin Qələmşah oğlu Əhədzadə26.06.198527.09.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi10Sədi Süleyman oğlu Musayev01.04.197828.09.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi11Rəşad Rəşid oğlu Quliyev23.09.198307.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi12Həmdəm Mayıl oğlu Ağayev09.09.197509.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi13Zaur Hüseyn oğlu Cəfərov04.03.198010.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi14Ruslan Gündüz oğlu Cəfərov19.11.197611.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi15Malik Təvəkkül oğlu Əliyev26.12.198613.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi16Rüfət Mürvət oğlu Əsgərov20.08.198114.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi17Babək Meyvəddin oğlu Ramaldanov09.08.198216.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi18Anar Mehman oğlu Şükürov20.01.197716.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi19Ramid Nəriman oğlu Hacıyev11.02.198716.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi20Rəhim Qədir oğlu Hüseynov01.07.198420.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi21Anar Vaqif oğlu Əliyev28.08.198021.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi22Ramiz Vaqif oğlu Qasımov17.02.197522.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı və hərbi pilotu; Vətən müharibəsinin şəhidi23Elsevər Vaqif oğlu Paşayev01.07.198825.10.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi24Xeyrulla Mais oğlu İbrahimov19.04.197126.10.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi25Vüqar Əhməd oğlu Ağayev04.03.197301.11.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi26Ruslan Fuad oğlu Tağıyev12.06.198204.11.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi27Ramiz Sübhan oğlu Cəfərov10.12.197405.11.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi28Qərib İnqilab oğlu Baxşəliyev22.05.197706.11.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi29Asiman Vaqif oğlu Əliyev01.02.198707.11.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi30Elçin Bayram oğlu Alıyev16.07.197509.11.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi31Fərid Tahir oğlu Ələkbərov18.07.198009.11.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi32Surxay Əbdül oğlu Noçuyev19.12.198809.11.2020Azərbaycan Silahlı Qüvvələrinin mayoru; Vətən müharibəsinin şəhidi33Rasim Miryaqub oğlu Abdullayev21.02.197510.11.2020Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; Vətən müharibəsinin şəhidi34Həmid Cavanşir oğlu Abbasbəyli17.11.199120.10.2020Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Baş leytenantı; Vətən müharibəsinin şəhidi35Həmid Kərim oğlu Cəfərli01.08.199005.10.2020Azərbaycan Silahlı Qüvvələrinin kapitanı ; Vətən müharibəsinin şəhidi
Həmçinin bax Şəhidlər Xiyabanı II Fəxri Xiyaban
İstinadlar
Kateqoriya:Şəhidlər Xiyabanı Kateqoriya:Bakı qəbiristanlıqları
Kateqoriya:Hərbi qəbiristanlıqlar