Aurelio Milani (; ) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub.
Karyera Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb.
"Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub.
Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur. O "İnter"lə birlikdə İtaliya çempionluğu, Çempionlar Kubokunu və Qitələrarası Kubokunu qazanıb.
Futbolçu İtaliya millisində yeganə oyununu 10 may 1964-cü ildə İsveçrəyə qarşı keçirib.
Milani karyerasını 1967-ci ildə "Verbania" klubunda başa vurur.
Titulları İtaliya çempionu (1): 1964/65. Çempionlar Kubokunun qalibi (2): 1963/64, 1964/65. Qitələrarası Kubokun qalibi (1): 1964. Kubok Qalibləri Kubokunun finalçısı (1): 1961/62. A Seriyası bombardiri (1) : 1961/62.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Lombardiyada doğulmuş futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Padova FK futbolçuları Kateqoriya:Triestina FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Montsa FK futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri