Qızılsu-Qırğız Muxtar dairəsi (qırğız.قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; pinyin. Kèzīlèsū Kē'ěrkèzī Zìzhìzhōu; ) — ÇXR-nın Sintszyan-Uyğur Muxtar Rayonunun qərbində muxtar bölgə. Qırğız dilindən tərcümədə Dairənin adı "qızıl (qırmızı) su" deməkdir, bu da bölgədə axan Qızılsu çayının adı ilə eyniyyət təşkil edir. Muxtar Dairənin səlahiyyətli idarəetmə orqanları Artuş şəhərində yerləşir. Tarixi 250px|thumb|right|Qutman-Karakul gölündən Tyan-Şan dağlarının görünüşü Qədim dövrlərdə Akçi nahiyəsinin ərazisində Yuitou knyazlığı yerləşirdi. Han Tarixi Kitabı "Han Şu"da (尉 頭) belə təsvir edilir: "300 ailə, 2300 nəfər, 800 döyüşçü, 4 Çinli məmur. Əhali köçəridirlər, onlar Külçə tərəfdə məskunlaşan Usunlar kimi geyinirlər". Uluğçat nahiyəsinin ərazisində isə Juandu knyazlığı var idi. Burada isə "Han Şu"ya (捐 毒) görə: "380 ailə, 1100 nəfər, 500 döyüşçü məskunlaşıb. Sakinləri köçərilərdir, adətləri sakların törəmələri olan Usunlara bənzəyir.

Qızılsu-Qırğız Muxtar dairəsi 14 iyul 1954-cü il tarixində qurulmuşdur. Bu, tarixdə ilk dəfə bütün bu torpaqların vahid inzibati ərazi daxilində birləşdirilməsi idi.

Əhalisi 2010-cu il əhalinin siyahıya alınmasına görə, Qızılsu-Qırğız muxtar dairəsinin daimi əhalisi 525.570 nəfərdir. 2000-ci illə müqayisədə 10 ildə ümumi insan sayı 19,53% artaraq 85,882 nəfərə çatmışdır. Əhakinin ümumu artım tempi 1.80% -dir. Bunlardan kişi əhalisi 267 660 nəfərdir ki, bu da əhalinin 50.93%-ni, qadın əhalisi 257 910 nəfərdir ki, bu da 49.07%-ni təşkil edir. Ümumi cinslər arasında nisbət (qadın başına 100) 103.78-dir.

0-14 yaşlı əhali 146 343 nəfərdir ki, bu da 27,84%, 15-64 yaşlı əhali 354 774 nəfərdir ki, bu da 67,50%, 65 və yuxarı yaşda olanlar 24 453 nəfərdir ki, bu da 4,65 mindir. +Qızılsu-Qırğız Muxtar dairəsinin mahallarında yaşayan əhali haqda məlumat AdıDaimi yaşayan əhali (2010-cu il noyabr)SayıArtım faizi (%)Əhali sıxlığıArtuş (şəhər)240 36845,7314,88Akto nahiyəsi 199 06537,888,11Akçi nahiyəsi38 8767,403,05Uluğçat nahiyəsi47 2618,992,48Ümumi525 5701007,25

Milli tərkib Xalqlar20002000年人口普查中国民族人口资料,民族出版社,2003/9 ()20102018 Say % Say % Say%Uyğurlar 281 306 63.98 % 339 926 64.68 %408 73865,9%Qırğızlar 124 533 28.32 % 143 582 27.32 %162 77426,2%Hanlar 28 197 6.41 % 35 629 6.78 %41 4046,7%Taciklər 4 662 1.06 % 5 547 1.06 %Dunqanlar 432 0.10 % 447 0.09 %Qazaxlar 88 0.02 %Tibetlilər 51 0.01 %Tucyalılar 49 0.01 %Özbəklər 44 0.01 %Monqollar 40 0.01 % Başqaları 558 0.13 % 167 0.03 %7 6251,2%Ümumi439 688100 %525 570100 %620 591100 %

İnzibati bölgü Muxtar dairə 1 şəhər dairəsinə və 3 nahiyəyə bölünür. 400px # Nahiyələrin adı Heroqriflər Pinyin Uyğur dili (ərəb şrifti) Uyğur dili (latın şrifti) Qırğız dili (ərəb şrifti) Qırğız dili (kiril şrifti Qırğız dili (latın şrifti Əhali Sahəsi (km²) Əhali sıxlığı (/km²)1Artur (şəhər)阿图什市Ātúshí shì240,36815,69815.312Akto nahiyəsi阿克陶县Ākètáo xiàn199,06524,5558.103Akçi nahiyəsi阿合奇县Āhéqí xiàn38,87611,5453.364Uluğçat nahiyəsi乌恰县Wūqià xiàn47,26119,1182.47

Rəhbərləri Birinci katib Liu Huijun

Qubernatorlar Yueerguli Jiapaer 约尔古丽 · 加帕尔 Dilşat Kıdırxan

İstinadlar

Həmçinin bax Sintszyan-Uyğur Muxtar Rayonu İli-Qazax Muxtar dairəsi Qırğızıstan

Kateqoriya:Türk dövlətləri Kateqoriya:Şərqi Türküstan tarixi Kateqoriya:Türküstan Kateqoriya:Sincan-Uyğur Muxtar Rayonu Kateqoriya:Çin coğrafiyası