2 gün, 2 gecə yeni musiqi () və ya 2G2G () Ukraynanın Odessa şəhərində 1995-ci ildən etibarən hər il 48 saat ərzində keçirilən beynəlxalq musiqi festivalı. Festivalda çox hissəsi eksperimental musiqi olmaqla ukraynalı və xarici bəstəkarların musiqiləri təqdim edilir. Festival 1995-ci ildə ukraynalı bəstəkar Karmella Tsepkolenko tərəfindən təsis edilmişdir. Festival Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin Ukrayna bölməsi olan Yeni Musiqi Assosiasiyası tərəfindən təşkil edilir. Festivalın hazırkı prezidenti alman bəstəkar və dirijor Bernhard Vulfdur. 2G2G Ukraynanın ən böyük musiqi festivallarından biri hesab olunur. Festival dövlət dəstəyi, şəxsi ianələr, İsrail, İsveç, İsveçrə kimi ölkələr də daxil olmaqla beynəlxalq dövlət orqanları və layihələr hesabına maliyyələşdirilir.
İstinadlar
Xarici keçidlər Yeni Musiqi Assosiasiyası // Böyük Ukrayna Ensiklopediyası Festivalın rəsmi səhifəsi (2012-ci ildən bəri yenilənmir) Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının saytında festivalın 2018-ci ildəki anons və proqramı Lesya Oleynik. «2 gün, 2 gecə yeni musiqi» forumunun xüsusiyyətləri // «Den» qəzeti, 2015.
Kateqoriya:Eksperimental musiqi Kateqoriya:Ukrayna musiqi festivalları Kateqoriya:1995-ci ildə yarananlar