Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi.

Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir.

Mövzu Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar.

Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.

Filmin heyəti Şafak Sezer — Təzcan Pəkər Açıqalın — Bəhətdin Məlih Əkənər — Zəki Cengiz Kiçikayvaz — Kamil Atilla Sarıhan — Rəcəb Mehmet Əli Ərbil — Roki Səlim Dəniz Ağqaya — Bilgə Səray Səvər — Əsli Hakan Ural — Faruq Həmid Hasqabal — Həmi qardaş Burak Öncü — Cənin Nəcmi Yapıcı — Sebo Ərdal Tosun — Peşto Sinan Bənginər — Lavo

İstinadlar

Kateqoriya:2008-ci ilin Türkiyə filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:2000-ci illərin soyğun filmləri