Əbu İshaq əş-Şirazi (; ) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri.
Həyatı Əbu Həmid əl-Qəzzali, əl-Kiyə əl-Hərrasi, Əbüt-Tayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbül-Qasım Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi, Əbül-Vəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbül-Qənaim Qanim ibn Hüseyn və Əbül-Fəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbüt-Tayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbül-Həsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır:
Əbu İshaqın şəriət fənnindən dərs dediyi tələbələrdən Əbül-Fəzl Məhəmməd əl-Urməvi Aqul 4 şəhərində məhkəmə işlərini idarə etmişdir.
Fiqhi məsələlərdə imam sayılan Əbu Bəkr Zəncəvinin dərs yoldaşı şeyx Əbu İshaq Şirazi olmuşdur. Fiqhi Bağdadda Qazı Əbüt-Tayyib ət-Təbəridən öyrənmişdir. "Azərbaycanın böyüklərindən olan" (əimmətu əshab əş-Şafiiyyə) olan Əbür-Ruh Fərəcibn Übeydullah ibn Xələf əl-Xoyi Şafii əshabələrinin imamlarından idi. O, Bağdadda Əbu İshaq əş-Şirazidən təhsil alandan sonra öz şəhərinə qayıtmış və orada mədrəsə açmışdı.
İstinadlar
Xarici keçidlər Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.
Kateqoriya:İslam alimləri Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Şeyxülislamlar