Ektor ("Ettore") Puriçelli Senya ( ;) — Uruqvay və İtaliya vətəndaşlığı olmuş keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyib.
Karyera Karyerasına doğma Montevideonun "Sentral" komandasında başlayıb. Uruqvayda 5 il oynadıqdan sonra Puriçelli İtaliyanın "Bolonya" klubuna gedir. Bu keçid "Bolonya" tarixinin ən yaxşı dövrlərindən birinə təsadüf edir. İlk mövsümdə (1938–1939) Puriçelli 19 qol vuraraq Aldo Boffi ilə birlikdə İtaliya A Seriyasının bombardiri olur. Komandası isə bütun klubları qabaqlayaraq İtaliya çempionu olur. 1940–41 mövsümündə hər şey təkrarlanır, 22 qolla Puriçelli A Seriyasında ən yaxşı snayperi, "Bolonya" isə İtaliya çempionu olur. Puriçelli baş ilə əla oynadığı üçün "Qızıl Baş" ləqəbini alır.
II Dünya Müharibəsindən sonra Puriçelli "Milan" klubuna keçir. "Milan" ilə Seriya A Çempionluğunu və İtaliya kubokunu qazanır.
Daha sonra B Seriyasında yarışan "Lenyano" klubuna keçir və karyerasını orada ilə bitirir.
"Bolonya" ilə A Seriyasında 133 oyun keçirərək 80 qol vurur.
"Milan" ilə A Seriyasında 157 oyunda 55 qol vurur.
"Lenyano"nun heyətində 38 oyunda 25 dəfə fərqlənir..
Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyir.
Uğurları
Komanda İtaliya çempionu: 1939, 1941, 1955 Latın Kubokunun qalibi: 1956
Fərdi İtaliya çempionatının bombardiri: 1939 (19 qol), 1941 (22 qol)
İstinadlar
Xarici Keçidlər
EU-Football.info saytında profili (ing.)
Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Uruqvay futbol məşqçiləri Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Uruqvay futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtalyanəsilli uruqvaylılar Kateqoriya:Milan FK məşqçiləri Kateqoriya:Palermo FK məşqçiləri Kateqoriya:Atalanta FK məşqçiləri Kateqoriya:Alessandria FK məşqçiləri Kateqoriya:Kalyari FK məşqçiləri Kateqoriya:Portu FK məşqçiləri Kateqoriya:Salernitana FK məşqçiləri Kateqoriya:Cenoa FK məşqçiləri Kateqoriya:Uruqvayın kişi futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:İtaliya şəxsləri