Gen qorxu-gərilim janrında olan 2006-ci il istehsalı türk sinema filmi. Filmin ssenaristləri Murad Toxtamışoğlu, Güray Ölgü və Alper Məstçidir.
Məzmun Psixiatr Dəniz təpəlik bölgədə yerləşən ruhi xəstəxanaya təyin olur. İşə başladığı ilk gün intihar edən xəstənin meyitini görür. Hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polislər pis hava şəraitinə görə xəstəxanada qalmalı olurlar. Yollardan başqa telefon xətləri də zədələnmişdir və xarici mühitlə əlaqə kəsilmişdir. Çox keçmədən xəstəxanada çoxsaylı cinayətlər başlayır.
İstinadlar
Kateqoriya:2006-cı ilin Türkiyə filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkiyənin müəmma filmləri Kateqoriya:2006-cı ilin qorxu filmləri