Antonio Kasseze (; ) — italyan hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis. Keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prezidenti (1993-1997), Livan Xüsusi Tribunalının Prezidenti (2009-2011).
Bioqrafiyası Atripalda anadan olub, Pisa Universitetinin Hüquq fakültəsini bitirib. 1972-1974-cü illərdə bu universitetdə beynəlxalq hüquq professoru olmuşdur. 1975-2008-ci illərdə Florensiya Universitetinin professoru. Erasmus mükafatı laureatı.
Antonio Cassese beynəlxalq strukturlarda geniş təcrübəyə malikdir. 1984-1988-ci illərdə Avropa Şurasının İnsan hüquqları üzrə Rəhbər Komitəsinin üzvü və sədri, 1989-1993-cü illərdə Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin üzvü və sədri olmuşdur. 1993-1997-ci illərdə keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prezidenti vəzifəsində çalışıb. 2004-cü ilin oktyabrında, BMT-nin Baş Katibi Kofi Annan tərəfindən Darfur hadisələri ilə bağlı beynəlxalq araşdırma komissiyasına rəhbər təyin edildi. 2009-cu ilin martından 2011-ci ilin oktyabrına qədər Livan üçün Xüsusi Tribunalın prezidenti idi.
22 oktyabr 2011-ci ildə 74 yaşında vəfat etmişdir.
Şəxsi arxivlər 2015-ci ildə professor Antonio Kassezenin həyat yoldaşı Silviya Fano, vəfat edən ərinin şəxsi arxivlərini Avropa Birliyinin Tarix Arxivinə bağışladı. Bu sənədlər məsləhətləşmə üçün açıqdır.
Barış, Ədalət və İnsanlıq üçün Antonio Kassezenin təşəbbüsü 2012-ci ilin aprel ayında Cassese'nin bir qrup dostu və pərəstişkarı Cenevrədə Barış, Ədalət və İnsanlıq üçün Antonio Kasseze Təşəbbüsünü başlatdı. Təşəbbüs, professor Kassezenin təlimlərində yer alan dəyərləri qorumağa və geniş bir sıra təhsil və tədqiqat fəaliyyətləri ilə beynəlxalq sülhü, insan haqlarını və qanunun aliliyini təbliğ etməyə çalışır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qroningen Universitetinin müəllimləri