Bamyan vilayəti () — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Vilayətin sahəsi 14.175 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 404.7 min nəfər, inzibati mərkəzi isə Bamyan şəhəridir.

Əhalisi Vilayət əhalisinin 20%-i şəhərlərdə, 80%-i isə kəndlərdə məskunlaşıb. Əhalisi əsasən həzaralardan ibarətdir. Həmçinin vilayətdə az sayda tacik (15%) , tatar (kompakt halda Şebar rayonunda) və puştunlar yaşayır. 24 kənddə 5 mindən artıq puştun məskunlaşıb. Bütün vilayət əhalisinin 96%-i, vilayətdəki kənd əhalisinin 98%-i dəricə danışır.

Vilayət inzibati cəhətdən 7 rayona bölünür: Bamyan, Şebar, Saighan, Kahmard, Yakavlang, Pəncab, Varas.

İstinadlar

Xarici keçidlər UNDSS Provincial Assessment provided by UNAMA

Həmçinin bax

Kateqoriya:Əfqanıstan vilayətləri