Varlam Liparteliani (; ) ― Gürcüstan cüdoçusu. O, dəfələrlə olimpiya və dünya çempionatlarının müxtəlif medal mükafatçısı olmuşdur.
Karyerası O, 2012 Yay Olimpiya Oyunlarında 90 kq çəkidə yarışmışdır və ikinci dövrədə Mark Entoniyə (Avstraliya) məğlub oldu. Avropa Cüdo Çempionatında Liparteliani məhsuldar iştirakı ilə seçilir, belə ki 2012, 2014 və 2016-cı illərdə qızıl, 2009, 2010, 2013 və 2015-ci illərdə gümüş və 2011-ci ildə bürünc medalları sahibi olmuşdur.Varlam Liparteliani from Judo Inside
O, Gürcüstanın həm milli, həm də olimpiya cüdo komandasının kapitanıdır. Quqava Georgi onun məşqçisidir.
O, 2016 Olimpiya Oyunlarında gümüş medal qazandı. O, finalda Masyu Beykerə (Yaponiya) məğlub olmazdan əvvəl Komronşox Ustopiriyonu (Tacıkistan), Ovini Ueranı (Nauru), Lxaqvasürengiun Otqonbaatarı (Monqolustan) və Kvak Tonhanı (Cənubi Koreya) məğlubiyyətə uğratmışdır.
Lipartelianinin ən sevdiyi fənd "uçi mata"dır. 25 sentyabr 2018-ci il tarixinə olan statistika cədvəlinə görə, o, dünyanın bir nömrəli cüdoçusu idi.
2021-ci ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən 2021 Cüdo Dünya Ustaları yarışında qızıl medal qazandı.
Şəxsi həyatı Liparteliani 11 yaşında cüdo ilə məşğul olmağa başlamışdır. O, yapon əfsanəsi Kosey İnoue və həmyerlisi gürcü cüdoçu Zurab Zviadauridən ilhamlanmışdır. O, evlidir və üç oğul atasıdır.
Liparteliani, düz Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarından əvvəl Gürcüstanın Borjomi şəhərində təlim-məşq toplanışı zamanı komanda yoldaşı Avtandil Çrikişvili ilə avtomobil qəzasına düşdü. Avtomobildə olan sərnişinlər ağır yaralansalar da, vəziyyətdən sağ qurtuldular.
Statistikası Cüdo statistikasıÜmumi256Qələbələr200İppon ilə104Məğlubiyyətləri56İppon ilə18 (25 sentyabr 2018-ci ilə görə)
Nailiyyətləri İlYarışYerÇəki sinfi2014ECCO Team Challenge1-ciOrta çəki (−90 kg)
Medalları
2010 Qran Pri, Tunis Qran Slem, Rio de Janeyro Qran Pri, Rotterdam 2011 Qran Pri, Əbu-Dabi 2012 Qran Pri, Düsseldorf Qran Slem, Rio de Janeiro 2013 Qran Slem, Paris Qran Pri, Düsseldorf Dünya Ustaları, Tümen Qran Slem, Tokio 2014 Qran Slem, Paris Qran Pri, Havana 2015 Qran Pri, Düsseldorf Qran Pri, Tbilisi Qran Slem, Paris 2016 Qran Slem, Paris 2017 Qran Pri, Zaqreb Qran Slem, Paris Qran Pri, Yekaterinburq Dünya Ustaları, Sankt-Peterburq 2018 Qran Slem, Paris Qran Slem, Düsseldorf Dünya Ustaları, Quançjou 2019 Qran Slem, Paris
İstinadlar
Kateqoriya:Gürcüstanın kişi cüdoçuları Kateqoriya:Gürcüstanın olimpiya cüdoçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2015 Avropa Oyunlarında cüdoçular Kateqoriya:Cüdo üzrə Avropa Oyunları medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:2019 Avropa Oyunlarında cüdoçular Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında cüdoçular