Dəmir yığanın həyatından bir epizod () ― 2013-cü il Bosniya istehsalı dram filmi, rejissor və ssenarist Danis Tanoviçdir. Film 63-cü Berlin Beynəlxalq Film Festivalı müsabiqəsində ilk dəfə göstərildi və orada "Münsiflər Qran Prisi"ni qazandı, Nazif Muyiç isə "Ən Yaxşı Aktyor" nominasiyasında "Gümüş Ayı"ya layiq görüldü. Film 2013 Toronto Beynəlxalq Film Festivalında "Müasir Dünya Kinosu" bölməsində nümayiş olunmuşdur. Film 86-cı Akademiya Mükafatlarında Ən Yaxşı Xarici Dildə Film nominasiyasında Bosniyanı təmsil etdi və qısa siyahıya düşdü.
Ssenari Roma cəmiyyətindən olan ailə Bosniya və Herseqovinanın kənd yaşayış məntəqəsində yaşayır. Nazif köhnə avtomobillərdən metal yığır, onu metal qırıntıları satan şəxsə satır. Onun yoldaşı Senada onların iki kiçik qızını böyüdən ev xanımıdır. Bir gün o, kəskin mədə ağrısı hiss edir. Xəstəxanada bətnindəki uşağının öldüyü və septisemiyanın qarşısını almaq üçün təcili olaraq əməliyyat olunmalı olduğu bildirilir. Lakin ödəniş etmədən və ya sığortasız o, müalicə ala bilmir. Cütlük çox gecikmədən lazımi vəsaiti toplamaq üçün ümidsiz şəkildə axtarışlara çıxır.
Filmdə həyatlarından bir epizodu canlandıran qeyri-peşəkar aktyor heyəti oynayır.
Rollarda Nazif rolunda Nazif Muyiç Senada rolunda Senada Alimanoviç Şemsa rolunda Şemsa Muyiç Sandra rolunda Sandra Muyiç
İstinadlar
Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:Bosniya və Herseqovina filmləri Kateqoriya:Bosniya dilində filmlər Kateqoriya:Bosniya və Herseqovinanın dram filmləri Kateqoriya:Danis Tanoviçin filmləri Kateqoriya:Qaraçılar haqqında filmlər Kateqoriya:2013-cü ilin İtaliya filmləri Kateqoriya:2013-cü ilin Fransa filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri