thumb|Prezervativ

Prezervativ(,  — "qorunuram"), bəzən kondom () — hamiləlik və ya cinsi yolla ötürülən infeksiya ehtimalını azaltmaq üçün cinsi əlaqə zamanı istifadə olunan elastik boru. Dünyada həm erkəklər, həm də qadınlar üçün prezervativlər mövcuddur. Prezervativlər qonoreya, xlamidiya, trixomoniaz, hepatit B və QİÇS-in risklərini xeyli azaldır. Prezervativ az olsa da, genital herpes, insan papilloma virusu və sifilisin risklərini azaldır.

Zöhrəvi xəstəliklərin qarşısını alınması üçün istifadə olan prezervativlər 1564-cü ildən bəri istifadə olunur. Kauçuk prezervativlər 1855-ci ildə, lateks prezervativlər isə 1920-ci illərdən satılır. Hər il dünyada təxminən 9 milyard prezervativ satılır.

1988-ci il Seul olimpiada oyunlarından bəri idmançılar ödənişsiz prezervativ ilə təmin olunurlar. 2026 Qış Olimpiadasında (İtaliya) 3 gündə 10 min prezervativ istifadə olunub2026 Winter Olympics Village Ran Out Of Condoms After Just 3 Days. İstifadə tarixi: 29 mart 2026.Condom crisis hits Milano Games on Valentine's Day. İstifadə tarixi: 29 mart 2026. və idmançılar ödənişsiz prezervativlərin azlığından və əvvəlki olimpiada oyunlarına nəzərən indiki olimpiada təşkilatçılarının kifayət qədər əliaçıq olmadıqlarından şikayətləniblərLove in a cold climate: Winter Olympic village runs out of condoms after three days. İstifadə tarixi: 29 mart 2026..

İstinadlar

Kateqoriya:Prezervativlər Kateqoriya:QİÇS Kateqoriya:Penis Kateqoriya:Reproduktiv sağlamlıq Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri Kateqoriya:İnsan penisi