Havariyyun Kilsəsi (Müasir Yunanca: Άγιοι Απόστολοι; Rom: Agioi Apostoloi, ) — İstanbulda 550-ci ildə inşa edilmiş bir xristian bazilikasıdır. Həm də imperiya polandriyası olaraq da tanınır. Dördüncü təpənin zirvəsindən Konstantin divarlarına 400 metr məsafədə inşa edilmişdir. Konstantinopol Osmanlı tərəfindən zəbt edildikdən sonra qısa müddət Yunan Ortodoks Patriarxlığı olaraq istifadə edilmişdir. 1461-ci ildə dağıdılmış və sonra onun yerində Fateh məscidi tikilmişdir.Müller-Wiener (1977) p. 406 Əli Saim Ülgen, Halim Baki Kunter ilə hazırladığı Fatih Məscidi adlı məqaləsində məscidin kilsə üzərində inşa edilmədiyini bildirmişdir. İmperatorlara və müqəddəs şəxslərə məxsus sarkofaqlar İstanbul Arxeologiya Muzeyində saxlanılır.
Antakya və Qarsda da Həvarilər Kilsəsi mövcuddur. Qarsdakı bina bu gün məscid kimi istifadə olunur.
Qaleriya
İstinadlar
Kateqoriya:Türkiyə kilsələri Kateqoriya:Bizans memarlığı Kateqoriya:I Yustinianın tikililəri Kateqoriya:Dağıdılmış kilsələr Kateqoriya:VI əsrə aid kilsələr Kateqoriya:1461-ci ildə ləğv olunanlar Kateqoriya:Fatih (İstanbul)