Dünyaya yayılan COVID-19 koronavirus pandemiyasının ilk yoluxma faktı Fransa Səhiyyə Nazirliyi tərəfindən 24 yanvar 2020-ci ildə Bordo şəhərində qeydə alındığı təsdiqləndi. 14 fevral 2020-ci ildə Parisdə ölkədə və Avropada Covid-19 infeksiyasından ilk ölüm hadisəsi baş verdi. 13 apreldə xalqa səslənən Fransa prezidenti Makron qismi komendant saatının mayın 11-dək uzadıldığını açıqladı. 2 ay davam edən qismi komendant saatı 11 may 2020-ci ildə bitdi və 1-ci normallaşma prosesi başladı. Küçəyə çıxmaq üçün icazə tələbi ortadan qalxdı. 28 May tarixində 2-ci normallaşma prosesi ilə bağlı edilən açıqlamada 2 iyun 2020-ci ildə bir çox xidmət müəssisəsinin ölkə daxilində fəaliyyətini bərpa edəcəyi açıqlandı. 15 noyabr 2021 tarixi etibarilə Fransada 5.187.879 təsdiqlənmiş sağalma faktı qeydə alınsa da virus səbəbiylə həyatını itirən sayı 100.073 nəfərə çatdı.

Pandemiyanın Fransa və Fransa dəniz ərazilərinə yayılmasında əsas faktorlardan biri 17–24 Fevral tarixləri arasında Qrand Est ərazisinin Müluz şəhərində müntəzəm təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Evangelizm kilsəsinin illik yığıncağı idi. Qatılanların ən azından yarısının virusla təmas etdiyi düşünülür.Point.fr, Le (28 mart 2020). "Coronavirus : la " bombe atomique " du rassemblement évangélique de Mulhouse". Le Point. 28 mart 2020 tarixində mənbəsindən arxivləndi. 31 mart 2020.

Yoluxma faktı bilgiləri

Müluz faktları 17 – 24 fevral tarixləri arasında Müluzda təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Xristian Açıq Qapı Kilsəsi deyə adlandırılan kilsədə Evangelizmlərin illik yığıncağı, Fransada koronavirusun yayılmasında önəmli bir səbəb oldu."DIRECT. Covid-19 : le service de réanimation de l'hôpital de Creil, où a été hospitalisé le patient décédé, ferme pendant 14 jours". Franceinfo (Fransızca). 26 fevral 2020. 28 fevral 2020 tarixində mənbəsindən arxivləndi. 27 fevral 2020. Bir keşiş və testləri 1 martda pozitiv çıxan 18 ailə üzvü tərəfindən xəbərdarlıq edilən keşiş səhiyyə orqanlarına bəyan etdi."Coronavirus : polémique sur le foyer de Mulhouse qui a essaimé en Lot-et-Garonne". ladepeche.fr. 24 mart 2020. 29 mart 2020 tarixində mənbəsindən arxivləndi. 31 mart 2020. Nimesdə yalnız yaşayan, Müluzdan yalnız geri dönmüş və başqa təması olmayan bir adam pozitiv çıxdı və 2 martda ölkə əhatəsində bildirilən yoluxma faktı məlumatları artıq Müluzda "qırmızı"larının olduğunu ortaya qoydu. 3 martda yerli ailələrdən birində beş ailə üzvü və Bernvillerdən bir pratis də daxil olmaqla Protestanlığa ait bir yığıncaqdan yeddi iştirakçının virus üçün testi pozitiv çıxdı."Mulhouse : sept cas de coronavirus après un rassemblement religieux à Bourtzwiller" [Mulhouse: seven cases of coronavirus after a religious gathering in Bourtzwiller]. France Bleu (Fransızca). 3 mart 2020. 3 mart 2020 tarixində mənbəsindən arxivləndi. 3 mart 2020. 3 mart axşamından başlayaraq təcili tibbi yardım xidmətlərinin yerli qaynar xətti yığıncağa qatılan insanlardan bənzəri olmayan sayda çağrı qeydə aldı. Radio Fransa tərəfindn hazırlanan bir araşdırma hesabatına görə iştirakçıların ən az yarısı virusa yoluxmuşdu. Fransa İnfo-dakı bir müsahibədə kilsənin keşişi 2000 iştirakçının virusa yoluxa bilmə ehtimalının olduğunu etiraf etdi. Deyilənə görə, o dövrdə təhdid işığında, xüsusi bir sağlamlıq tövsiyəsi olmadı. İlk infeksiya mənbəyi müəyyən olunmadı və həmçinin hər gün fərqli iştirakçıların qarşılandığı və iştirakçı qeydiyyatı olmaması səbəbiylə pozitiv çıxan test iştirakçılarının müəyyən olunmasından sonrakı epidemioloji təqib mümkünsüz hala gəldi. Prezident Emmanüel Makron belə 18 fevralda kilsəyə yaxın olan olan Bourtviller bölgəsində seçim təbliğatı üçün bir neçə saat sərf etmişdi. Yalnız 2 martda səhiyyə orqanları ölkənin dörd bir yanında bu dini yığıncaqla bağlı pandemiyanın yayıldığını hiss etdi və bu zamana qədər ikincil infeksiyalar nəzarətdən çıxmışdı.

Radio Fransa araşdırması ilə Strasburqda yerləşən Strasburq Universitet Xəstəxanalarının 250 xəstəxana işçisindən reallaşan pandemiya çevrəsinin mənbəyinin tədbirdə iştirak edən bir tibb bacısı olduğu ortaya çıxdı. Müluz yığıncağından geri dönən beş nəfər 4 martda Fransa Qvianasında aşkar edildi. 5 martda isə Lo və Qaronnadan təqaüdçü bir cüt və eyni Müluz yığıncağına qatılan Dö-Sevrdə digər bir şəxsdə virus aşkar olundu."Coronavirus : deux cas confirmés en Lot-et-Garonne" [Coronavirus: two cases confirmed in Lot-et-Garonne]. SudOuest.fr (Fransızca). 6 mart 2020 tarixində mənbəsindən arxivləndi. 5 mart 2020. Bu çevrədən beş yeni yoluxma faktı Korsikada"Trois premiers cas du nouveau coronavirus confirmés en Corse"[Three first cases of the new coronavirus confirmed in Corsica]. 20 Minutes (Fransızca). 6 mart 2020 tarixində mənbəsindən arxivləndi. 5 mart 2020. və üç yoluxma faktı isə Normandiyada qeydə alındı. 6 martda Müluzsda öncəki 24 saatda 81 yoluxma faktı qeydə alınanda nazirlik rəsmisi vasitələrin artıq bütün şübhəli halları sistematik olaraq yoxlamaq üçün yetərli olmadığını açıqladı. Bununla da sadəcə ən ciddi xəstələr xəstəxanaya yerləşdiriləcəkdi."Coronavirus EN DIRECT : Trois premiers cas dans les Hautes-Alpes… Les écoles ne fermeront pas en cas de stade 3…" [Coronavirus LIVE: Three first cases in the Hautes-Alpes… Schools will not close in case of stage 3…]. 20 Minutes (Fransızca). 6 mart 2020 tarixində mənbəsindən arxivləndi. 5 mart 2020. Müluzun yerləşdiyi Yuxarı Reyn yığıncaqlara ciddi məhdudiyyətlər gətirdi və beləliklə bütün məktəblər bağlandı.

Ölkəyə qayıdışlar 31 yanvarda Çindən geri dönən təxmini 220 Fransız Istres Le Tube hava limanına endi, Esterel 3/60 nəqliyyat donanmasından Airbus A340 təyyarəsinə alındı və Kreil hava limanına yerləşdirildi."L'Armée de l'air au service des Français" [Air Force at the service of French]. defense.gouv.fr (Fransızca). 26 fevral 2020 tarixində mənbəsindən arxivləndi. 16 mart 2020. Təxliyə edilən insanlar Karri Le Rouetdəki bir tətil düşərgəsində karantinə alındı."Coronavirus : "Une cinquantaine de personnels mobilisés" pour accueillir des Français rapatriés à Carry-le-Rouet, selon le préfet de la région PACA" [Coronavirus: "About fifty staff mobilised" to accommodate French repatriated to Carry-le-Rouet, according to the prefect of the PACA region]. Franceinfo (Fransızca). 30 yanvar 2020. 31 yanvar 2020 tarixində mənbəsindən arxivləndi. 31 yanvar 2020. Ölkədə ikinci geri dönüş dalğası 2 fevralda yaşandı. 65 fransa vətəndaşı İstres hava limanına endiyində təxliyə olundu. 21 fevralda Uhanda qalan 30 fransız isə Parisdəki Şarl de Qoll Hava Limanına geri göndərildi və Kalvadosdakı Breynvildə karantinə alındı."Les Français rapatriés de Chine seront accueillis dans le Calvados" [French returnees from China will be welcomed in Calvados]. France Bleu (Fransızca). 20 fevral 2020. 20 fevral 2020 tarixində mənbəsindən arxivləndi. 4 aprel 2020. 13 martda Tulle Jandarma Məktəbindən 12 kursant İspaniyada stajlarının bitməsi səbəbi ilə 20 dostu ilə geri döndü. İspan legionundan ikisinin müsbət test nəticələrindən sonra 10 mart 2020-ci ildən sonra karantinə alındılar."Coronavirus: 120 gendarmes and 20 Tulle supervisors confined to Spain" [=Coronavirus : 120 élèves gendarmes et 20 encadrants de Tulle confinés en Espagne]. lepopulaire.fr (Fransızca). Groupe Center-France. 12 mart 2020. 22 mart 2020 tarixində mənbəsindən arxivləndi. 22 mart 2020.

Bələdiyyə seçkiləri Fransada ilk bələdiyyə seçkiləri 15 mart 2020-ci ildə hökumətin koronavirusun yayılmasını önləyici tədbirlərin Mərhələ 3-ə keçmə qərarına əsaslanaraq baş tutdu. Barlar, restoranlar və digər vacib olmayan müəssisələrin bağlanması da daxil olmaqla ictimai həyatda məhdudiyyətlər ertəsi gün başlayacaqdı."French voters shun elections, enjoy sunshine despite coronavirus restrictions". Reuters. 16 mart 2020. 16 mart 2020 tarixində mənbəsindən arxivləndi. 4 aprel 2020. Daha sonra səhiyyə naziri Aqnes Buzin 16 fevral 2020 tarixində LREM üçün Paris bələdiyyə başçılığına namizəd olmaq üçün istefa etdi."French health minister to run for Paris mayor after sex scandal sinks previous candidate". France 24. 16 fevral 2020. 16 fevral 2020 tarixində mənbəsindən arxivləndi. 4 aprel 2020. Onun yerini Nevroloq Olivyer Veran tutdu. Seçkilərə davam etmək qərarı, infeksiyaların və ölümlərin artmaqda davam etdiyi vəziyyətdə ikinci mərhələnin necə ələ alına biləcəyinə dair narahatlıqların olmasına baxmayaraq ölkədə demokratik həyat üçün vacib önəmə sahib olduğu şəklində bəyan edildi. Nəticədə qeydə alınan seçicilərin iştirak nisbəti 40% oldu və bu öncəki ən aşağı iştirak nisbəti rekordu olan 1971 seçkilərindən də daha aşağı idi.

Ən gənc ölüm Parisdə yaşayan 16 yaşındakı qız məlum olan ən gənc fransız ölüm faktı oldu."16-year-old girl becomes France's youngest coronavirus victim". France 24. 27 mart 2020. 27 mart 2020 tarixində mənbəsindən arxivləndi. 4 aprel 2020. Onda sadəcə yüngül bir öskürək meydana gəlmişdi, ancaq sonrakı günlərdə nəfəs darlığı səbəbi ilə xəstəxanaya yerləşdirildi. Bir həftə sonra vəziyyəti ağırlaşan gənc 26 martda həyatını itirdi.

Tibb işçiləri gənclərdə ağır halların çox nadir qeydə alındığını vurğuladı. Həftəlik brifinqdə Səhiyyə Direktoru Jerome Salomon 15–44 yaş qrupu insanların xəstəxanaya yerləşdirilən toplam ciddi koronavirus yoluxmalarının sadəcə 8%-ini təşkil etdiyini və yoluxmaların yarısının daha öncədən sağlamlığında problemlərin olduğunu açıqladı."Mort d'une adolescente de 16 ans du coronavirus: les experts évoquent un cas " exceptionnel "". BFMTV. 29 mart 2020 tarixində mənbəsindən arxivləndi. 4 aprel 2020. 24 marta qədər 507 təsdiqlənmiş ölüm faktından sadəcə 5-i 15–44 yaş qrupuna daxil idi və hamısının daha öncədən sağlamlığında problemlər var idi.

Sivil həyata təsirləri

Qapanma qərarları 28 Fevralda moda dizayneri Aqnes (Aqnes Buzyin ilə qarışdırılmamalıdır) Paris Moda Həftəsində 3 marta qədər davam etməsi planlanan moda nümayişlərini ləğv etdi."French fashion label Agnes B cancels Paris show due to coronavirus". Reuters. 28 fevral 2020. 29 fevral 2020 tarixində mənbəsindən arxivləndi. 29 fevral 2020. Ertəsi gün, 1 mart bazar günü 44.000 iştirakçı ilə gerçəkləşməsi planlanan Paris yarı marafonu səhiyyə naziri Olivyer Veran tərəfindən açıqlanan bir sıra qabaqlayıcı tədbirlərdən biri olaraq ləğv edildi."Paris half-marathon canceled because of coronavirus". The Washington Post. Associated Press. 29 fevral 2020. 29 fevral 2020 tarixində mənbəsindən arxivləndi. 29 fevral 2020. 13 martda Fransa Futbol Federasiyası sağlıq riskləri səbəbi ilə Liqa 1 və Liqa 2-ni (Fransa futbolunun ən yüksək iki liqası) qeyri-müəyyən müddətə dayandırdı. Daha sonra isə bir çox mədəniyyət müəssisəsi 14 martda bağlanacağını elan etdi."Communiqué de la LFP" (Fransızca). lfp.fr. 13 mart 2020. 28 aprel 2020 tarixindən mənbəsindən arxivləndi. 13 mart 2020.

Bunlar içərisində Luvr muzeyi, Pompidou Mərkəzi, Eyfel qülləsi, Orse muzeyi, Versal sarayı kimi Parisin öndəgələn yerləri də var idi."Coronavirus : Château de Versailles, Tour Eiffel, Louvre, Centre Pompidou, Musée d'Orsay, Olympia, Châtelet, Théâtre des Champs-Elysées… des fermetures en cascade" . Franceinfo (Fransızca). 13 mart 2020. 22 mart 2020. Daha sonra Montsoreau qalası və Bordo və Marsel də bu sıraya qoşuldu."Marseille : le Mucem ferme ses portes" . LaProvence.com (Fransızca). 13 mart 2020. 22 mart 2020.

Hərəkət məhdudiyyətləri 23 mart 2020-ci il tarixindən etibarən bütün insanlar evlərindən çıxmaq üçün razılıq formasını doldurmalıWorld news story French personal travel waiver certificate www.gov.uk, accessed 4 April 2020 və daşımalı idilər və lazımsız səfərlərə görə cərimə edilə bilərdi."Man in France jailed for flouting confinement rules" . Connexionfrance. 2 aprel 2020 İcazəli çıxışlara sadəcə yemək alış-verişi, işə gediş, tibb xidmətləri və evin 1 km-nə qədər yaxınlığında idman etmək daxil olundu.

Paris bölgəsində iğtişaşlar