Nikitaras (; ) ləqəbli Nikitas StamatelopulosA. S. Agapitos (1877). "Οι Ένδοξοι Έλληνες του 1821, ή Οι Πρωταγωνισταί της Ελλάδος [The Glorious Greeks of 1821, or the main Personalities of Greece]" (yunanca). Τυπογραφείον Α. Σ. Αγαπητού, Εν Πάτραις [A.S. Agapitos' printing house, in Patras]. pp. 208–216. () ― Yunanıstan İstiqlaliyyət müharibəsinin yunan üsyançısı. Döyüş şücaətinə görə ona Turkofaqos () deyilirdi, bunun da sözbəsöz mənası "türkyeyən" idi.A. S. Agapitos (1877). "Οι Ένδοξοι Έλληνες του 1821, ή Οι Πρωταγωνισταί της Ελλάδος [The Glorious Greeks of 1821, or the main Personalities of Greece]" (in Greek). Τυπογραφείον Α. Σ. Αγαπητού, Εν Πάτραις [A.S. Agapitos' printing house, in Patras]. pp. 208–216.
Həyatı Nikitarasın doğum tarixi və yeri mübahisələr doğurur, lakin ehtimal olunur ki, o, ya Peloponnesin Messeniya rayonunun Nedussa kəndində, ya da 1784-cü il civarında Arkadiya rayonunun Leontari kəndində anadan olmuşdur. O, inqilabın ən əhəmiyyətli yunan hərbi lideri Teodoros Kolokotronisin qardaşı oğlu idi. Türk səlahiyyətlilər onu və Kolokotronisi tutmağa çalışsalar da, o, qaçmağı bacardı və Britaniya nəzarətindəki İon adalarında əmisinə qoşuldu. left|thumb|180x180px|Peter fon Hessin təsvir etdiyi Nikitaras Yunanistanın Müstəqillik müharibəsi başladıqda, ikisi də ölkənin daxili bölgəsinə döndü. O, müharibənin əvvəlində Tripoli mühasirəsində yunan ordusuna komandanlıq edən Kolokotronis ilə birlikdə idi. Türk ordusu başçısı və onun adamları şəhərdən qaçmağa çalışanda Nikitaras və qoşunları türk komandirinin və qoşunlarının önünü kəsdi və qətliam törətdi. Nikitaras Dervenakiya döyüşündə məşhurluq və "türkyeyən" ayamasını qazandı, deyilənə görə orada o, beş qılınc istifadə etmişdir, dördü həddindən artıq istifadədən qırılmışdır. İnqilab çərçivəsində baş verən vətəndaşlıq müharibəsi zamanı o, əmisi ilə birlikdə Aleksandr Mavrokordatosun fraksiyasına qarşı çıxmışdır.A. S. Agapitos (1877). "Οι Ένδοξοι Έλληνες του 1821, ή Οι Πρωταγωνισταί της Ελλάδος [The Glorious Greeks of 1821, or the main Personalities of Greece]" (in Greek). Τυπογραφείον Α. Σ. Αγαπητού, Εν Πάτραις [A.S. Agapitos' printing house, in Patras]. pp. 208–216.
Nikitaras güclü vətənpərvər idi, İnqilabın bir çox liderləri kimi korrupsiyaya qurşanmış deyildi. İoannis Kolettis ondan hökumət vəzifəsi qarşılığında rəqibi Odissey Andrutsosu öldürməsini istəyəndə Nikitaras təklifi rədd etdi və Kolettisə qəzəbləndi. Döyüşdən sonra qənimət götürməkdən də imtina edirdi, halbuki bu, o dövrdə Balkan nizamsız ordusunda adət almış hal idi.A. S. Agapitos (1877). "Οι Ένδοξοι Έλληνες του 1821, ή Οι Πρωταγωνισταί της Ελλάδος [The Glorious Greeks of 1821, or the main Personalities of Greece]" (in Greek). Τυπογραφείον Α. Σ. Αγαπητού, Εν Πάτραις [A.S. Agapitos' printing house, in Patras]. pp. 208–216. İnqilabdan sonra o və ailəsi yoxsulluq içində yaşayırdılar. |left|thumb|180x180px|Doliana döyüşü zamanı Nikitarasın saxlandığı ev muzeyə çevrilib Müharibədən sonra Nikitaras əmisi Kolokotronis ilə birlikdə Yunanıstanın Bavariya kralı I Ottonnun güclü rəqibləri olduqları üçün həbs edildi.A. S. Agapitos (1877). "Οι Ένδοξοι Έλληνες του 1821, ή Οι Πρωταγωνισταί της Ελλάδος [The Glorious Greeks of 1821, or the main Personalities of Greece]" (in Greek). Τυπογραφείον Α. Σ. Αγαπητού, Εν Πάτραις [A.S. Agapitos' printing house, in Patras]. pp. 208–216. O, eyni zamanda İnqilab üçün çalışmış şəxslərin hüquqları uğrunda güclü mübarizə aparırdı. Nikitaras 1841-ci ildə həbsxanadan buraxıldı, ancaq həbsdəki müddət onun sağlamlığını sarıstdı və 1849-cu ildə Pireydə öldü.
O, Mesolongionun üçüncü mühasirəsi dövründə söyləmiş sözləri ilə xüsusilə məşhurdur. Təchizatla şəhərə gələndə, aylardır maaşını almamış əsgərlər ondan pul gətirib gətirmədiyini soruşdular. Əsəbiləşən Nikitaras öldürdüyü türkdən aldığı qılıncı yerə atdı və bu sözləri dedi: "Mənim ancaq qılıncım var və mən onu məmnuniyyətlə ölkəmə verərəm". Nikos Qatsosun "Cəngavər və Ölüm" poemasında onun adı çəkilir.
İstinadlar
Sitatlar
Biblioqrafiya
Kateqoriya:Yunanıstan İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı yunanları