right|thumb|250 px|Nobel Sülh Mərkəzi Norveçin Oslo şəhərindəki Nobel Sülh Mərkəzi — () Nobel Sülh Mükafatı və onun təmsil etdiyi amallar üçün bir vitrindir. Mərkəz eyni zamanda mədəniyyət və siyasətin, müharibə, sülh və münaqişələrin həlli kimi mövzularında iştirak, mübahisələrin həlli yollarının birləşdiyi bir arenadır.Jon Gunnar Arntzen Nobels Fredssenter Store norske leksikon Mərkəz Oslo, Norveç Bələdiyyə Meydanında (Rådhusplassen) yerləşir.
Tarixi right|thumb|250 px|Nobel Sülh Mərkəzinin girişi Nobel Sülh Mərkəzi, 2005-ci ildə Norveç Kralı Əlahəzrət V Harald tərəfindən Norveç və Kanada kral ailələrinin qatıldığı bir mərasimlə açıldı. Nobel sülh mükafatı laureatı Vanqari Maatai də açılışda iştirak edirdi. Mərkəz ildə 250.000 ziyarətçini qəbul edir və Norveçin ən çox ziyarət edilən muzeylərindən biridir. Nobel Sülh Mərkəzi keçmiş Oslo Vestbanestasjon (Oslo Qərb dəmir yolu stansiyası) binasında yerləşir. 1872-ci ildən qalma keçmiş stansiya binası memar Corc Andreas Bull (1829–1917) tərəfindən çəkilmişdir. 1989-cu ildə dəmir yolu stansiyası kimi istifadəsi dayandırıldı. Limana baxır və Alfred Nobelin ölümünü anmaq üçün hər 10 dekabrda Nobel sülh mükafatı mərasiminin keçirildiyi Oslo Bələdiyyə Sarayının yaxınlığında yerləşir.Nobel Peace Center Opens in Oslo Royal Norwegian Embassy in Washington
İngilis memar David Adjaye, rəng sxemləri daxil olmaqla Mərkəzin yaradıcı dizaynından məsuldur; Amerikalı dizayner David Smoll, yüksək texnoloji qurğularını inkişaf etdirdi. Nobel Sülh Mərkəzi Norveç Mədəniyyət Nazirliyi, xüsusi sponsorlar və giriş haqları tərəfindən maliyyələşdirilir. Zaman-zaman keçirilən sərgilər tamamilə maliyyələşdirilir.Nobel Peace Center Nobelprize.org
Mərkəzdə Alfred Nobel və digər Nobel mükafatlarının hekayəsini izah edilməklə yanaşı Nobel sülh mükafatı laureatları və onların işləri təqdim olunur. Bu, multimedia və interaktiv texnologiya, sərgilər, görüşlər, diskusiyalar, teatr, konsert və konfransların, eləcə də geniş təhsil proqramının və müntəzəm bələdçi turlarının istifadəsi ilə həyata keçirilir.
Nobel Sülh Mərkəzi, Nobel Fondunun xaricdən təmsil etdiyi və eyni zamanda Nobel mükafatının təqdimatı ilə əlaqədar məlumatlandırma işləri və tənzimləmələri idarə edən Nobel qurumları şəbəkəsinin təməli və bir hissəsidir. Kjersti Floqstad Nobel Sülh Mərkəzinin direktorudur. Olav Njolstad, Norveç Nobel Komitəsi tərəfindən təyin olunan Mərkəzin idarə heyətinin sədridir.
Həmçinin bax Nobel Mükafatı Muzeyi Nobel fondu
İstinadlar
Xarici keçidlər
Rəsmi veb sayt
Kateqoriya:Sülh muzeyləri