Qax Dövlət Kukla Teatrı — Qax rayonu ərazisində yerləşən teatr.

Haqqında 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Qax teatrı dəfələrlə Azərbaycan Respublikasında keçirilən festivallarda iştirak etmişdir.

Qax Dövlət Kukla Teatrı Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir.

Mükafatlar Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.

İstinadlar