Ramil Akif oğlu Şamilli () — musiqiçi, Reper.
Həyat və Yaradıcılığı Ramil Akif oğlu Şamilli 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadəcə 2005-ci ildə Nabran repi ona uğur gətirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb.
Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. 34 yaşında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu istedad oğlu Ramilə də keçib.
Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi. 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub.
1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.
Repə 1993-cü ildə başlasada ilk səs yazması 2000-ci ildə baş tutmuşdur. 2005-ci ildə Nabran adlı repi ona ilk uğurunu gətirmiş ve həmin ildə də Klan A Plan adlı alternativ rep qrupuna daxil olmuşdur.
İlk işləri MİR telekanalında, Savaş studiyasında çalışmışdır. Sonradan Klan A Plan qrupunun səs yazma studiyasında.
2010-cu ildə qrupun mərhun üzvü Ryder təxəllüsü altında çalışan Rüfət Əfəndiyevin 26 yaşında ölümündən sonra Ramil özünə qapanır və 2012-ci ildən artıq tək, solo fəaliyyətə başlayır.
Bu günə kimi bir çox hitlərin ərsə gəlməsində əli var. Replərindəki ruh yüksəkliyi kütlə arasında "özüylə yay gətirən insan" obrazını yaradıb.
TURAN sevgisinə və SOYDAŞ anlamına böyük sevgi ilə yanaşır.
İkinci bacarığı həvəskar rəssam dizaynerdi.
Ailəlidir. 2 övladı var.
Dikoqrafiya
Mahnıları Tarix Mahnının adı İfaçı Sözlərin müəllifi Bəstəkar Aranjiman İstinadlar2012Sevgiyə bir addımRamil Nabran ft. Xəyalə2013Günəşə dahada yaxınRamil Nabran2013OynaRamil Nabran2013Ragga MuffinRamil Nabran2013GürzəRamil Nabran ft. Trino2017MonopoliyaRamil Nabran ft. Okan On, Dj Kantik2020Salam QarabağRamil NabranRamil NabranKamranKamran2021AbracadabraRamil NabranRamil NabranKamro2021Tractor S. CRamil NabranRamil NabranKamroKamro
İstinadlar