thumb|200px|Ağ neftin 720 ml-i
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir.
Tərkib və xüsusiyyəti Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 %
Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir:
doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər.
Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir.
Mənbə İstinadlar
Ədəbiyyat V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Kateqoriya:Neft məhsulları Kateqoriya:Yanacaq Kateqoriya:Karbohidrogenlər Kateqoriya:Alkanlar Kateqoriya:Antifriksion materiallar Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Çin ixtiraları Kateqoriya:İran ixtiraları Kateqoriya:Kanada ixtiraları Kateqoriya:Şotlandiya ixtiraları Kateqoriya:Maye yanacaq