Qanlıgöl — Bakının şəhərinin Yasamal rayonu ərazisində yerləşən göl.

Toponim Gölün ərazisində vaxtilə baş vermiş bədbəxt hadisələr nəticəsində əhali arasında bu yer “Qanlıgöl” adı ilə tanınmağa başlamışdır.

Coğrafiyası Qanlıgöl axarsız, şor sulu göldür.Азербайджан : Общегеографическая карта : Масштаб 1:750 000 / гл. ред. Г. В. Поздняк; ред.: Г. Ф. Кравченко, Н. Р. Монахова. — М.: Роскартография, 2005. — (Страны мира «Азия»). — 200 экз. — ISBN 5-85120-235-1. Göl 1976-cı ilə qədər neft yataqlarından çıxarılan lay sularının toplanması üçün qəbuledici anbar kimi istifadə edilmişdir. Nəticədə uzun müddət davam edən təsirlər nəticəsində gölün geoloji quruluşu, torpaq süxurları, dib relyefi və digər xüsusiyyətləri deqradasiyaya uğramış, dib çöküntülərində xeyli miqdarda neft məhsulları toplanmışdır. Aparılan müşahidələr göstərmişdir ki, göldəki neft məhsullarının miqdarı normativ göstəricilərdən 4–10 dəfə artıqdır.

Həm neft məhsulları ilə çirklənmə, həm də ətraf ərazilərdən çirkab suların gölə axıdılması nəticəsində suyun çirklənmə səviyyəsi normadan xeyli yüksəkdir. Buna baxmayaraq, sağlamlıq üçün zərərli olsa da, göl hələ də balıqçılıq məqsədilə istifadə olunur. Gölün ətrafında 50 ailə yaşayır.

İstinadlar

Kateqoriya:Bakı gölləri Kateqoriya:Duzlu göllər Kateqoriya:Axarsız göllər Kateqoriya:Yasamal rayonu